REGİONLAR
Gəncədə keçirilən tədbirdə şəhidlərin 44 günlük Vətən müharibəsindəki qəhrəmanlıqlarından söz açılıb




Gəncə, 27 sentyabr, Elcan Məmmədov, AZƏRTAC
Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsi, Gəncə Gənclər Evi və Yeni Azərbaycan Partiyası Gəncə Şəhər Təşkilatının birgə təşkilatçılığı ilə 27 Sentyabr – Anım Gününə həsr olunan “27 Sentyabr - Zəfər yolu” adlı tədbir keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə çıxış edənlər II Qarabağ müharibəsində Ali Baş Komandan İlham Əliyevin başçılığı altında Azərbaycan Ordusunun şanlı Qələbəsindən, şəhidlərin 44 günlük Vətən müharibəsindəki qəhrəmanlıqlarından danışıb, bu Zəfər sayəsində 30 illik işğala son qoyularaq ərazi bütövlüyümüzün təmin olunduğunu qeyd ediblər.
Gəncə Gənclər Evində keçirilən tədbirdə Gəncə Regional Gənclər və İdman İdarəsinin rəisi İntiqam Hüseynov, Gəncə Gənclər Evinin direktoru Amil Qurbanov, Yeni Azərbaycan Partiyası Gəncə Şəhər Təşkilatının sədri Bayram Aslanov, Ombudsmanın Qərb Regional Mərkəzinin rəhbəri Səbuhi Abbasov, "Gəncə Maarif Evi"nin rəhbəri İmamverdi Vəliyev, Gəncə Dövlət Universitetinin Ümumi Tarix kafedrasının baş müəllimi Bəxtiyar Məhərrəmov, şəhid ailələrinin üzvləri və qazilər iştirak ediblər.
Tədbirin bədii hissəsində gənclər tərəfindən şeirlər və vətənpərvər ruhda kompozisiyalar səsləndirilib.