Gəncədə “Peşəkar idarəçi” müsabiqəsinin esse mərhələsi keçirilib
Gəncə, 22 avqust, Elcan Məmmədov, AZƏRTAC
Gəncə şəhər 28 nömrəli tam orta məktəbdə “Peşəkar idarəçi” müsabiqəsinin esse mərhələsi keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 97 namizədin iştirak etdiyi müsabiqənin məqsədi yerli təhsili idarəetmə orqanlarının fəaliyyətinə dəstək verəcək kadrları aşkarlamaq, karyerasını təhsilin idarə olunması sahəsində qurmaq istəyən pedaqoji işçilərə dəstək vermək, təhsil sahəsində idarəetmə vəzifələri üçün gələcəkdə yaranacaq işçi ehtiyacını təmin etməkdir.