Gəncədə qəsdən adamöldürmə faktı ilə bağlı prokurorluqda cinayət işi başlanıb
Bakı, 3 fevral, AZƏRTAC
Fevralın 3-də 2001-ci il təvəllüdlü Röyal Məmmədovun xəsarətlər alması, yerləşdirildiyi xəstəxanada almış olduğu xəsarətlərdən ölməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.
Gəncə Şəhər Prokurorluğundan AZƏRTAC-a verilən məlumata görə, ilkin araşdırmalarla cinayətin 1988-ci il təvəllüdlü Murad Hacıyev tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə cinayət işi başlanıb, M.Hacıyev prokurorluq tərəfindən iş üzrə şübhəli şəxs qismində tutulub.
İbtidai istintaq davam edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.08.2026 [20:41]
Cəbrayılda açıq sahədə baş verən yanğın söndürülüb
- 07.08.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 07.08.2026 [19:14]
"Xocalı Ensiklopediyası"nın təqdimatı olub
- 07.08.2026 [18:05]