Gəncədə yeni turizm marşrutları hazırlanır
Gəncə, 25 may (AZƏRTAC). Gəncədə yeni turizm marşrutlarının hazırlanmasına başlanılmışdır.
Gəncə Regional Turizm İnformasiya Mərkəzinin direktoru Cumalı Rəhimov AZƏRTAC-a demişdir ki, Azərbaycanın “Evrovision-2011” mahnı yarışmasında qalib gəlməsi və gələn il bu yarışmanın respublikamızda keçirilməsi ölkəmizə böyük turist axınına səbəb olacaqdır. Yarışma Bakıda keçirilsə də turistlərin bir qisminin Gəncəyə səfər etmə ehtimalı da böyükdür. Bunu nəzərə alan Gəncə Regional Turizm İnformasiya Mərkəzi yeni turist marşrutunun hazırlanmasını məqsədəuyğun hesab etmişdir. Bu marşruta əsasən Nizami məqbərəsində, dəmiryol vağzalında və beynəlxalq hava limanında turistlərin qarşılanmasından tutmuş, tarixi yerlərə gəzintilərədək - hər şey nəzərə alınmışdır. Turistlərin gecələməsi üçün şəhərdəki otellərin vəziyyəti nəzərdən keçirilmişdir. Hazırda Gəncədə 3, 4 və 5 ulduzlu otellər bir gündə ümumilikdə 5 min nəfəri qəbul etmək imkanına malikdir. Bu otellərdə zəngin Azərbaycan mətbəxinin təqdim olunması üçün hər cür şərait vardır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.06.2026 [13:48]
Ekspert: Azərbaycan turizm sənayesi yay mövsümünə hazırdır
- 04.06.2026 [12:20]
İnanc yeri, turizm məkanı - Əshabi-Kəhf VİDEO
- 04.06.2026 [11:28]
Azərbaycanın turizm imkanları Çində beynəlxalq tədbir çərçivəsində tanıdılıb
- 03.06.2026 [17:37]
Turizm eksperti: Son illərdə Azərbaycana turist marağı durmadan artır
- 29.05.2026 [15:58]
Çində Azərbaycanın turizm nümayəndəliyi açılıb VİDEO
- 23.05.2026 [13:35]
Bakı–Tbilisi qatarının bərpası turizm sektorunu canlandıracaq
- 20.05.2026 [16:38]