GƏNCLƏR HƏRBİ XİDMƏTƏ HƏVƏSLƏ GEDİRLƏR
Gəncənin Kəpəz rayonunun hərbi komissarlığında gənclərin həqiqi hərbi xidmətə yola salınması mərasimi keçirilmişdir. Bu münasibətlə təşkil olunmuş mitinqdə çıxış edən valideynlər, əmək və müharibə veteranları, ağsaqqallar gənclərə uğurlu yol arzulamış, torpaqlarımızın bütövlüyü naminə fədakarlıq nümunələri göstərməyi tövsiyə etmişlər. Gənclər müqəddəs Quranın altından keçmiş, üçrəngli bayrağımızı öpərək Vətən torpaqlarını göz bəbəyi kimi qoruyacaqlarına söz vermişlər.