GƏNCLƏR “HEYDƏR ƏLİYEV: ŞƏXSİYYƏT VƏ ZAMAN” KİTABINI MÜZAKİRƏ ETMİŞLƏR
Bakı, 1 sentyabr (AZƏRTAC). “Gənc Liderlər” Uşaq və Gənclər Təşkilatı (UGT) Milli Məclisin deputatı, tanınmış yazıçı-publisist Elmira Axundovanın “Heydər Əliyev: Şəxsiyyət və zaman” kitabını müzakirə etmişdir.
“Gənc Liderlər” UGT-nin sədri Fərid Şahbazlı əsərin tarixi faktları əks etdirdiyini bildirərək, ədəbiyyət tariximizdəki əhəmiyyətindən danışmışdır. O, nəşrin dahi liderin həyatını öyrənmək baxımından uşaq və gənclər üçün dəyərli vəsait olduğunu vurğulamışdır.
Çıxış edən digər gənclər Elmira Axundovanın kitabında ümumilli liderlə bağlı yer alan eksklüziv məlumatların, gəncliklə bağlı xatirələrin xüsusi əhəmiyyət daşıdığını demişlər. Bu cür kitabların gənc auditoriya arasında təbliğ olunmasının vacibliyini vurğulayaraq, kitabın müzakirəsinin məktəb və universitetlərdə davam etdirilməsini arzulamışlar.