GƏNCLƏR ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN MƏZARINI VƏ ŞƏHİDLƏR XİYABANINI ZİYARƏT ETMİŞLƏR
AZƏRTAC xəbər verir ki, Azərbaycan, İsveç, Rusiya, Ukrayna, Belarus, Moldova və Gürcüstanın gənclər təşkilatları milli şuralarının nümayəndələri avqustun 15-də Fəxri xiyabanda müstəqil Azərbaycanın memarı və qurucusu ulu öndər Heydər Əliyevin məzarını ziyarət etmiş, abidəsi önünə tər gül dəstələri düzmüşlər.
Gənclər görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da məzarını ziyarət etmiş, məzarı üzərinə gül dəstələri qoymuşlar.
X X X
Qonaqlar oradan Şəhidlər xiyabanına gəlmiş, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş cəsur Vətən övladlarının xatirəsini ehtiramla yad etmiş, məzarları üzərinə güllər düzmüşlər.