Gənclər və İdman naziri vətəndaşlarla görüşüb
Bakı, 13 mart, AZƏRTAC
Gənclər və İdman naziri Azad Rəhimov martın 13-də Şirvan şəhər və Hacıqabul rayonundan olan vətəndaşları qəbul edib.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Şirvan şəhərində keçirilən qəbulda 10-dan çox vətəndaş iştirak edib. Vətəndaşların müraciətləri “Gənclər evi”nin tikintisi, idman obyektlərinə avadanlıqların verilməsi, işlə təmin olunma, fəxri adların və məşqçilik dərəcələrinin verilməsi, müxtəlif idman qurğularının tikintisi ilə bağlı olub.
Müraciətlərin bir qismi yerindəcə həll edilib, nazirliyin səlahiyyətlərinə aid olmayan müraciətlər qeydə alınaraq aidiyyəti üzrə göndəriləcəyi bildirilib. Bəzi müraciətlər isə baxılması üçün icraya yönəldilib.