Gənclər və İdman nazirinin müavinləri bölgələrdə vətəndaşlarla görüşüblər
Bakı, 13 mart, AZƏRTAC
Gənclər və İdman nazirinin müavinləri bölgələrdə vətəndaşlarla görüşüblər.
AZƏRTAC Gənclər və İdman Nazirliyinin saytına istinadla xəbər verir ki, nazir müavinləri İsmayıl İsmayılov Sabirabad rayonunda Sabirabad və Saatlı rayonlarından, İntiqam Babayev isə Neftçala rayonunda Neftçala və Salyan rayonlarından olan vətəndaşları qəbul ediblər.
Vətəndaşlar müxtəlif idman qurğularının tikintisi və təmiri, fəxri adların və məşqçilik dərəcəsinin verilməsi, idman qurğularının idman avadanlıqları ilə təmin olunması, “Gənclər evi”nin tikintisi ilə bağlı müraciət ediblər.