Gənclər və İdman Nazirliyində Avropa Kəndirlə Mübarizə Federasiyasının nümayəndələri ilə görüş olub



Bakı, 12 mart, AZƏRTAC
Gənclər və İdman Nazirliyində Avropa Kəndirlə Mübarizə Federasiyasının (ETWF) nümayəndələri ilə görüş keçirilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Elnur Məmmədov qonaqlara ölkəmizdə milli idman növlərinin inkişafı barədə məlumat verib. ETWF prezidenti Ralf Brauninger səfər çərçivəsində keçirilən görüşlər və Abşeron Olimpiya İdman Kompleksində idmançılar, məşqçilər və hakimlər üçün təşkil olunmuş seminar haqqında danışıb.
Görüşdə həmçinin Azərbaycanda kəndirdartma idmanının inkişafı və gələcək əməkdaşlıq imkanları müzakirə olunub.