Gənclərin təşəbbüsü ilə ətraf mühiti qorumaq üçün yeriş marafonu
Bakı, 14 may (AZƏRTAC). “Nur” Uşaq və Gənclərin İctimai Birliyi “British Council” və “Global Changemakers” şəbəkəsi tərəfindən həyata keçirilən “Ekonekt” layihəsi çərçivəsində Dənizkənarı Milli Parkda maarifləndirici yeriş marafonu keçirmişdir.
İctimai Birlikdən AZƏRTAC-a bildirmişlər ki, məqsəd ətraf mühitlə bağlı əhalinin məlumatlılıq səviyyəsinin yüksəldilməsi və bununla da təbiətin qorunmasında insanların təşəbbüskarlığının artırılması olmuşdur.
Yaşıl geyimli tədbir iştirakçıları parkdakı insanlara ətraf mühit və qlobal istiləşmə haqqında məlumat vermiş, onlara 1000 ədəd maarifləndirici buklet və yaşıl şarlar paylamışlar. Gənclər paytaxt sakinlərini ətraf mühiti onun rəngarəngliyi və gözəlliyi ilə birlikdə mühafizə etməyə çağırmışlar.
Layihə çərçivəsində, həmçinin “Gənclər və ətraf mühitin mühafizəsi” mövzusunda seminar da keçirilmişdir. Seminarda ətraf mühit, qlobal iqlim dəyişikliyi və buna səbəb olan amillər, ekologiyanın qorunması üçün hər bir şəxsin görə biləcəyi tədbirlər və təşkilatın bu sahədə gələcək fəaliyyət istiqamətləri müzakirə olunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [17:53]
Sentyabrda orta aylıq temperatur iqlim normasından yuxarı olub
- 01.10.2026 [17:32]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 01.10.2026 [13:27]
Sabah yağış yağacaq, külək güclənəcək
- 30.09.2026 [19:04]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 30.09.2026 [18:31]
Hava şəraiti qeyri-sabit keçəcək, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ
- 30.09.2026 [15:39]
“Kopernik” agentliyi: Arktikada sürətli iqlim dəyişmələri baş verir
- 30.09.2026 [13:04]