Gimnastlarımız parkur üzrə ilk dəfə keçirilən dünya çempionatında güclərini sınayıblar
Bakı, 22 oktyabr, AZƏRTAC
Yaponiyanın paytaxtı Tokioda parkur üzrə ilk dünya çempionatı keçirilib.
AZƏRTAC Azərbaycan Gimnastika Federasiyasına (AGF) istinadla xəbər verir ki, 39 ölkədən idmançıların iştirak etdiyi yarışda Azərbaycan yığma komandası da təmsil olunub. Millimizin üzvü İsrafil Əliyev sərbəst üslub və sürət növündə, Mirəli Miriyev isə yalnız sərbəst üslubda qüvvəsini sınayıb.
2018-ci ildə Beynəlxalq Gimnastika Federasiyasının (FIG) Bakıda keçirilən 82-ci Konqresində parkur rəsmi olaraq beynəlxalq qurumun fəaliyyətinə daxil edilib. Həmin vaxt konqres çərçivəsində Azərbaycan nümayəndələrinin də iştirak etdiyi təqdimat xarakterli kurslar keçirilib.
2019-cu ildə təmsilçilərimizin Fransanın Monpelye şəhərində keçirilən dünya kuboku yarışında ilk dəfə təmsil olunması ilə parkur növü AGF-in tərkibində rəsmi olaraq fəaliyyətə başlayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [20:00]
Millətlər Liqası: Azərbaycan - Lixtenşteyn oyunu başlayıb
- 01.10.2026 [19:13]
Bakıda üzgüçülük üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib
- 01.10.2026 [19:09]
Azərbaycan və Bakı Dünya Akvatika Fondunun Ekoloji Mükafatına layiq görülüb
- 01.10.2026 [18:54]
Beynəlxalq Üzgüçülük Federasiyasının prezidenti Azərbaycana təşəkkür edib
- 01.10.2026 [17:22]
Azərbaycan idmançılarının reytinq cədvəlində dəyişiklik olub
- 01.10.2026 [17:02]