Gömrük nəzarətindən gizlədilən pirotexniki vasitə aşkarlanıb
Bakı, 6 mart, AZƏRTAC
Gömrükçülər gömrük nəzarətindən gizlədilən pirotexniki vasitə aşkarlayıb.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” gömrük postunda Gürcüstandan Azərbaycan Respublikasına gələn Azərbaycan vətəndaşının idarə etdiyi “VAZ 21013” markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.
Baxış zamanı, avtomobilin qabaq buferinin altında gömrük nəzarətindən gizlədilən, hər birinin içində 60 ədəd olmaqla 30 qutu pirotexniki vasitə aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.