Goranboyda intensiv yağıntıların törətdiyi fəsadlar aradan qaldırılır
Bakı, 2 iyul, AZƏRTAC
İntensiv yağıntıların törətdiyi fəsadların aradan qaldırılması istiqamətində Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri tərəfindən zəruri tədbirlər görülüb.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, nazirliyin “112” qaynar telefon xəttinə Goranboy rayonunun Azad kəndində intensiv yağışlar nəticəsində bəzi ərazilərin subasmaya məruz qalması barədə məlumat daxil olub. FHN-in Aran Regional Mərkəzinin qüvvələri tərəfindən su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması təmin edilib.