GORANBOYDA UŞAQ VƏ AİLƏLƏRƏ DƏSTƏK MƏRKƏZİ FƏALİYYƏT GÖSTƏRƏCƏKDİR
Goranboy rayonunda uşaq və ailələrə dəstək mərkəzi fəaliyyət göstərəcəkdir. Gənc nəslin təlim-tərbiyəsində və intellekt səviyyəsinin yüksəldilməsində mühüm rol oynayacaq mərkəzdə 2 oxu, 1 oyun zalı, kompyuter otağı və kitabxana nəzərdə tutulmuşdur.
Hazırda mərkəzin tikintisində tamamlama işləri görülür.
Rayon icra hakimiyyətindən AZƏRTAC-ın müxbirinə demişlər ki, daxili imkanlar hesabına yaradılan mərkəzin işini canlandırmaq və gəncləri cəlb etmək üçün burada müxtəlif dərnəklər də fəaliyyət göstərəcəkdir.