GORANBOYUN KƏNDLƏRİNDƏ KOMPYUTER-İNFORMASİYA MƏRKƏZLƏRİ AÇILIR
AZƏRTAC xəbər verir ki, “Uşaqların xilası” (“Save the children”) beynəlxalq təşkilatı Goranboyun bir neçə kəndində yerli sakinlərin yaxından iştirakı ilə kompyuter–informasiya mərkəzlərinin yaradılmasına başlamışdır.
Növbəti belə mərkəz Yolpaq kəndində istifadəyə verilmişdir. Bu münasibətlə keçirilən tədbirdə gənclərin informasiya-kommunikasiya texnologiyalarına yiyələnmələrinin vacibliyi vurğulanmışdır.