GÖYÇAYDA İSTEHSAL OLUNAN MEYVƏ-TƏRƏVƏZİN YARISI RUSİYAYA GÖNDƏRİLMİŞDİR
Göyçay, 22 avqust (AZƏRTAC). Göyçay rayonunda kənd təsərrüfatı məhsullarının istehsalı sahəsində ildən-ilə artım qeydə alınır.
Rayon icra hakimiyyətinin aqrar şöbəsindən bildirmişlər ki, cari ildə kənd zəhmətkeşləri 127,5 hektar sahədən 1337 ton kartof, 78,5 hektar sahədən 583 ton bostan məhsulları toplamışlar. Mövsümün əvvəlindən bəri ticarət şəbəkələrinə 20 min tona yaxın pomidor, xiyar, lobya, badımcan və digər tərəvəz məhsulları göndərilmişdir. Rayonun Bığır, Qarabaqqal, Cəyirli, Potu və digər kəndlərin bağbanları 5 min tondan çox meyvə yığmışlar. Meyvə-tərəvəz məhsullarının yarısı Rusiya bazarlarına göndərilmişdir. Fermerlər yetişdirdikləri nar, heyva, üzüm, alma, qoz, fındıq və digər meyvələrin tədarükünə hazırlaşırlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]