Göyərtəsində ABŞ siyasətçilərinin olduğu təyyarə digər laynerlə toqquşub
Bakı, 11 aprel, AZƏRTAC
ABŞ-ın Vaşinqton şəhərinin “Ronald Reyqan” aeroportunda amerikalı siyasətçilərin olduğu təyyarə başqa bir laynerlə toqquşub. Hadisədən sonra təyyarələrdəki sərnişinlər təxliyə edilib.
AZƏRTAC xəbər verir ki, “Axious” portalı bu barədə ABŞ-ın Federal Mülki Aviasiya Administrasiyasına istinadla məlumat yayıb.
Məlumata görə, aprelin 10-da təyyarələrdən biri digərinin qanadını qırıb. Biri Nyu-Yorka, digəri isə Cənubi Karolina ştatının Çarlston şəhərinə uçan hər iki təyyarə “American Airlines” aviakompaniyasına məxsusdur.
Sərnişinlər arasında ABŞ Konqresinin yeddi üzvünün olduğu bildirilir.
“Ronald Reyqan” aeroportu sıxlığına görə ABŞ-ın ən mürəkkəb hava limanlarından biri sayılır. Yanvarın 29-da məhz bu hava limanı üzərində hərbi helikopterlə sərnişin təyyarəsi toqquşmuş və nəticədə 67 nəfər həlak olmuşdu.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [18:04]
Amur vilayətində Tu-95 hərbi təyyarəsi qəzaya uğrayıb
- 29.09.2026 [17:05]
Dubayda ilk dəmir yolu stansiyası açılıb
- 29.09.2026 [16:51]