GUAM-a üzv dövlətlərdə iqtisadi-ticari əməkdaşlığın hazırkı vəziyyəti müzakirə edilib
Kiyev, 25 aprel, AZƏRTAC
GUAM-a üzv dövlətlərdə iqtisadi-ticari əməkdaşlığın hazırkı vəziyyəti müzakirə edilib.
Bu barədə AZƏRTAC-a GUAM-ın Katibliyindən məlumat verilib.
Qurumun İqtisadiyyat və Ticarət üzrə İşçi Qrupunun videokonfrans vasitəsilə 18-ci iclasında tərəflər üzv dövlətlər arasında azad ticarət zonasının yaradılması haqqında Saziş üçün malların mənşə ölkəsinin müəyyən edilməsi qaydaları haqqında Protokolun qüvvəyə minməsi nəzərə alınmaqla, GUAM-a üzv dövlətlərdə iqtisadi-ticari əməkdaşlığın hazırkı vəziyyətini və GUAM azad ticarət zonasının fəaliyyətini müzakirə ediblər.
İclasda yekdilliklə vurğulanıb ki, GUAM ölkələri arasında azad ticarət zonasının inkişafı quruma üzv ölkələri arasında mal mübadiləsini, həmçinin beynəlxalq ticarət dövriyyəsini artıracaq.
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [16:59]
Ali Məclisin 2026-cı il payız sessiyasının ilk iclası keçirilib
- 30.09.2026 [16:01]
Dövlət Qulluğu ilə bağlı yeni qanun layihəsi birinci oxunuşda təsdiqlənib
- 30.09.2026 [13:05]
Monqolustanla hava əlaqəsi haqqında Saziş təsdiq edilib
- 30.09.2026 [12:21]