GUAM-ın qərargahında kibertəhlükəsizlik məsələlərini müzakirə ediblər
Kiyev, 14 may, AZƏRTAC
Mayın 12-13-də Demokratiya və İqtisadi İnkişaf uğrunda Təşkilatın - GUAM-ın Katibliyində kibertəhlükəsizlik üzrə işçi qrupunun 4-cü iclası keçirilib. Gündəlikdəki məsələlərin müzakirəsində GUAM-ın üzvü olan bütün dövlətlərin, o cümlədən Azərbaycanın nümayəndə heyətləri iştirak ediblər.
Tərəflər GUAM ölkələrinin kibertəhlükəsizlik sahəsində qarşılıqlı fəaliyyətinin aktual məsələlərini nəzərdən keçiriblər, habelə bu sahədə qarşılıqlı anlaşma haqqında memorandumun layihəsini razılaşdırıblar.
İşçi qrupu işin yekunlarına dair protokol qəbul edib.
Növbəti profil iclası bu ilin sentyabr-oktyabr aylarında keçiriləcək.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev