GUAM+Yaponiya formatında gömrük mövzusunda onlayn konfrans keçirilib
Kiyev, 16 mart, AZƏRTAC
GUAM+Yaponiya formatında gömrük mövzusunda onlayn konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, görüşdə GUAM dövlətləri ilə Yaponiya arasında iqtisadi əməkdaşlığın perspektivləri, gömrük sahəsində səmərəli fəaliyyət müzakirə edilib.
Tərəflər GUAM və Yaponiya arasında sülh, təhlükəsizlik və sabitliyin təmin olunması üçün əməkdaşlığın əhəmiyyətini qeyd ediblər. Toplantıda Yaponiyanın GUAM-a üzv ölkələrlə siyasi, iqtisadi və digər sahələr üzrə əməkdaşlığın gücləndirilməsi ilə bağlı təşəbbüsləri müsbət qiymətləndirilib.
GUAM+Yaponiya formatı üzrə əməkdaşlığın və yüksək səviyyədə dialoqun davam etdirilməsinə hazırlıq və maraq ifadə ediblər.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev