Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Güclü dövlət, yüksək rifah” strategiyasının bəhrəsi

Ordubad rayonunun Vələver kəndində yeni sosial obyektlər istifadəyə verilib

Ordubad, 23 dekabr, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ötən 18 ildə ölkəmizdə həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyası bütün sahələrdə müsbət nəticələrin əldə olunmasına şərait yaradıb, makroiqtisadi sabitliyə, dinamik iqtisadi artıma nail olunub, əhalinin sosial rifahının yüksəldilməsi istiqamətində ciddi uğurlar qazanılıb. Bu dövrdə muxtar respublika da hərtərəfli inkişaf edib, ümumi daxili məhsul 16 dəfə, sənaye məhsulu 56 dəfə, əsas kapitala yönəldilən vəsaitlərin həcmi 15 dəfə, əhali gəlirləri 10 dəfə artıb. Artıq başa çatmaqda olan 2021-ci il də muxtar respublikada quruculuq və sosial-iqtisadi inkişaf ili kimi səciyyələnir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, dekabrın 23-də Ordubad rayonunun Vələver kəndində yeni sosial obyektlər istifadəyə verilib.

Vələver kənd məktəbi müasir tələblər səviyyəsindədir

Dekabrın 23-də Vələver kənd tam orta məktəbinin yeni binası istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov məktəbdə yaradılan şəraitlə tanış olub.

Məlumat verilib ki, 3 mərtəbədən ibarət olan 198 şagird yerlik məktəbdə 12 sinif otağı, kimya, biologiya və fizika laboratoriyaları, 2 elektron lövhəli sinif, şahmat sinfi, kompüter, psixoloq və müəllimlər otaqları, hərbi kabinə, STEAM kabinəsi, kitabxana, qarderob və idman zalı yerləşir. Kitabxana fondunda 4557 kitab vardır.

STEAM kabinəsi STEAM qurğuları, həmçinin yeni nəşr olunan ədəbiyyat və dərsliklərlə təchiz edilib. Şagirdlər hazırladıqları “3D printerdə hazırlanmış avtomobil park sistemi”, “Sosial məsafəni təyin edən robot gözətçisi” və “Xətt izləyən robot” layihələrini təqdim ediblər.

Müəllim Rəksanə Tarverdiyeva yaradılan şəraitə görə minnətdarlıq edib.

Məktəbdə internetə çıxışı olan 22 kompüter və 4 elektron lövhə quraşdırılıb. Ali Məclisin Sədri elektron lövhəli sinifdə Naxçıvan Dövlət Xalça Muzeyi ilə 200-dən artıq təhsil müəssisəsi arasında “Naxçıvan xalçaları” mövzusunda keçilən interaktiv dərsi izləyib.

Məktəbin kimya, biologiya və fizika laboratoriyaları müasir avadanlıqlarla təmin olunub. Əyani vəsaitlər şagirdlərin bu fənlər üzrə biliklərini praktik olaraq daha da artırmalarına şərait yaradacaqdır.

Məktəbdə hərbi hazırlıq fənninin yüksək səviyyədə tədris olunması gənclərin hərbi-vətənpərvərlik ruhunda böyüməsində, onların hərb sənətinə olan maraqlarının artırılmasında başlıca amillərdəndir. İstifadəyə verilən hərbi kabinə, bu mənada, mühüm əhəmiyyət daşıyır. Hərbi kabinəyə baxış zamanı bildirilib ki, son 3 ildə məktəbin 3 şagirdi Heydər Əliyev adına Hərbi Liseyə qəbul olub. Onlardan 1-i Azərbaycan Ali Hərbi Məktəbinin I kursunda təhsilini davam etdirir. Məktəbin hərbi müəllimi Ziyad Əhmədov ötən il Əlahiddə Ümumqoşun Ordunun keçirdiyi zabit hazırlığı kursunda iştirak edib və leytenant rütbəsi alıb.

İdman zalının müasir şəkildə qurulması, həyətdə açıq idman qurğularının qoyulması şagirdlərin fiziki hazırlığının yüksəldilməsində mühüm rol oynayacaqdır. Məktəbdə Voleybol və Tennis İdman klubları yaradılıb.

Bütün lazımi əyani vasitələrlə təchiz olunmuş şahmat sinfi şagirdlərin bu idman növünə olan marağını daha da artıracaq, onların əqli inkişafına xidmət edəcəkdir.

Müəllim Xəyalə Həsənova minnətdarlıq edərək deyib: “Müasir tələblərə cavab verən məktəbdə fəaliyyət göstərməyimiz çoxdankı arzumuz idi. Artıq arzumuz reallığa çevrilib. Muxtar respublikada bütün sahələrdə olduğu kimi, şahmat idman növünə də diqqət və qayğı göstərilir. Məhz bu qayğının nəticəsidir ki, muxtar respublika şahmatçıları beynəlxalq yarışlarda iştirak edir, reytinqlərini yüksəldirlər. Bu gün məktəbdə şahmatın tədrisi üçün hər cür şərait yaradılıb. Çalışacağıq ki, yaradılan şəraitə cavab olaraq güclü şahmatçılar yetişdirək”.

Sonra məktəbin pedaqoji kollektivi ilə görüş olub.

Naxçıvan Muxtar Respublikasının Təhsil naziri Rəhman Məmmədov çıxış edərək deyib ki, muxtar respublikada bu il 8 məktəb binası tikilərək və ya əsaslı şəkildə yenidən qurularaq istifadəyə verilib, hazırda 5 təhsil müəssisəsində binaların tikintisi və ya yenidən qurulması davam etdirilir. Muxtar respublikada müəllim əməyinə verilən qiymətin nəticəsidir ki, bu günə qədər 400-dən çox müəllim Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının “Əməkdar müəllim”i fəxri adlarına layiq görülüb, “Tərəqqi” medalı ilə təltif olunub. Müəllimlərin maddi rifah halının yüksəldilməsi də diqqətdə saxlanılır. Bu tədbirlərin davamı kimi 2022-ci il yanvarın 1-dən dövlət ümumi təhsil müəssisələrində çalışan, bilik və bacarıqlarının qiymətləndirilməsi aparılmış müəllimlərin, həmin müəssisələrin direktor və direktor müavinlərinin, dövlət peşə təhsili müəssisələrində idarəetmə və təlim fəaliyyəti ilə məşğul olan işçilərin aylıq vəzifə maaşları orta hesabla 20, gənclərin çağırışaqədərki hazırlıq rəhbərlərinin aylıq vəzifə maaşları orta hesabla 40 faiz artırılıb. Aparılan təhsil quruculuğu tədbirlərinin tərkib hissəsi kimi Vələver kənd tam orta məktəbində də müasir tədris şəraiti yaradılıb. Rəhman Məmmədov göstərilən hərtərəfli diqqət və qayğıya görə muxtar respublikanın təhsil işçiləri adından minnətdarlıq edib.

Məktəbin gənc müəllimi Səma Heydərli minnətdarlıq edərək deyib: “Vələver kənd tam orta məktəbi ən müasir tədris vəsaitləri ilə təmin olunub. Burada şagird və müəllimlər üçün yaradılan şərait heç də şəhər məktəblərindən geri qalmır. Bütün bunlar isə Ali Məclis Sədrinin muxtar respublikada həyata keçirdiyi əməli tədbirlərin məntiqi nəticəsi, muxtar respublika sakinlərinə göstərilən diqqət və qayğının bariz nümunəsidir. Müəllimlər də bu qayğını daim hiss edirlər. Öz fəaliyyəti ilə seçilən müəllimlər təltif edilir, əməkhaqları artırılır. Ali Məclis Sədrinin müvafiq Sərəncamı ilə 2022-ci ilin yanvarın 1-dən isə əlavə olaraq əməkhaqlarımız 20 faiz artırılıb. Bu isə müəllimləri ruhlandırır, daha yaxşı işləməyə sövq edir”. Səma Heydərli qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramları münasibətilə təbriklərini çatdırıb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Vələver kənd tam orta məktəbinin istifadəyə verilməsi münasibətilə kollektivi təbrik edərək deyib: Bu gün təhsil sahəsində həyata keçirilən tədbirlər Azərbaycanı bu sahədə inkişaf etmiş ölkələr sırasına çıxarıb. Müdriklər deyirlər ki, əgər planınız 1 illikdirsə, buğda əkin, on illikdirsə, ağac əkin, 100 illikdirsə, məktəb tikin. Azərbaycan müstəqil dövlətdir. Müstəqil dövlətin gələcəyini təmin etmək üçün isə gənclər hərtərəfli hazırlanmalıdır. Gənclərin gələcəyə hazırlanması isə təhsil ocaqlarından başlayır. Bu gün Vələver kənd tam orta məktəbində yaradılan şərait imkan verir ki, ölkəmizin gələcəyi olan gənclər lazımi səviyyədə yetişdirilsin və məktəbi bitirən hər bir gənc bir peşəyə yönləndirilsin. Müasir tədrisin tələbləri səviyyəsində qurulan məktəbdə dərslər şagirdlərə əzbərləmə yolu ilə deyil, qavrama üsulu ilə öyrədiləcəkdir.

“Məktəb həm dövlətin, həm də cəmiyyətin işidir”, - deyən Ali Məclisin Sədri bildirib ki, dövlət məktəbdə şərait yaradır, ancaq məktəbdəki nailiyyətlər, tədrisin səviyyəsi ailə və məktəbin üzərinə düşən vəzifədir. Ailələrlə sıx əlaqə qurulmalı, hər bir şagirdlə iş aparılmalı, onlar bacarığına və marağına uyğun ixtisaslara yönəldilməlidir. Son 5 ildə məktəbin nailiyyətləri muxtar respublikanın orta göstəricisinə yaxındır. Ancaq yaradılan bugünkü şərait təhsil ocağında kəmiyyətlə bərabər, keyfiyyət amilini də yüksəldəcək, nailiyyətlər artacaqdır. Nailiyyətlər onu deməyə əsas verir ki, məktəbdə işgüzar və peşəsinə hörmət edən kollektiv formalaşıb.

Ali Məclisin Sədri bütün bunlara görə kollektivə təşəkkürünü bildirib, tədrisdə uğurlar arzulayıb.

Binanın həyətində bufet və qazanxana tikilib, açıq idman qurğuları quraşdırılıb, yaşıllıqlar salınıb.

Ali Məclisin Sədri qurulanların qorunması, nizam-intizama və tədrisdə keyfiyyət amilinə diqqət yetirilməsi barədə tapşırıqlar verib.

Vələver kəndində dövlət qurumları üçün müasir iş şəraiti yaradılıb

Dekabrın 23-də Vələver kənd mərkəzi istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov binada yerləşən təşkilatların fəaliyyəti və yaradılan şəraitlə maraqlanıb.

Məlumat verilib ki, 2 mərtəbəli kənd mərkəzində inzibati ərazi dairəsi üzrə nümayəndəlik, bələdiyyə, rabitə evi, polis sahə və baytarlıq məntəqələri, kitabxana, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, arxiv, statistika otağı, klub, 38 yerlik zal və qazanxana yerləşir. Kitabxana fondunda 5315 kitab vardır. Rabitə evində 256 nömrə tutumlu yeni nəsil ATS quraşdırılıb. Hazırda burada 128 internet istifadəçisi qeydiyyatdadır.

Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatının 120 üzvü vardır ki, onlardan da 29-u gənc, 55-i isə qadındır. Ərazi ilk təşkilatının sədri Ramiz Heydərov partiya üzvləri adından yaradılan şəraitə görə minnətdarlıq edərək deyib: “Ali Məclis Sədrinin rayonumuza hər gəlişi yeni obyektlərin istifadəyə verilməsi ilə yadda qalır. Bu gün kəndimiz ən müasir kəndlər sırasına daxil olur. Partiyaya qəbul olmaq üçün müraciət edən gənclərin sayı artmaqdadır. Biz də partiya üzvləri olaraq rayonun bütün tədbirlərində iştirak edirik. Bundan sonra da səylə çalışacaq, yaradılanları qoruyacaq, göstərilən etimadı doğruldacağıq”.

İnzibati ərazi dairəsi üzrə nümayəndə Mircəlal Seyidov deyib: “Əhalinin əsas məşğuliyyəti əkinçilik, bağçılıq, meyvəçilik, heyvandarlıq və arıçılıqdır. Təsərrüfat sahibləri istehsal etdikləri məhsulları rayon mərkəzində və Naxçıvan şəhərində təşkil olunmuş yarmarkalarda rahat satışını təşkil edir, ailə büdcələrini artırırlar. Bunun da nəticəsidir ki, kənddə ailə təsərrüfatları gündən-günə artmaqdadır. Bu il kəndimizdə böyük quruculuq işləri aparılıb. Bununla kənd siması başdan-başa dəyişilib”.

Kəndlərdə müasir səhiyyə müəssisələrinin tikilməsi mühüm əhəmiyyətə malikdir. Kənd mərkəzinin birinci mərtəbəsində yerləşən feldşer-mama məntəqəsində məntəqə müdiri, mama və manipulyasiya otaqları vardır. Məntəqə ginekoloji müayinə masası və alət dəsti, təcili yardım çantası, qlükometr, boyölçən, tərəzi, soyuducu və digər tibbi ləvazimatlarla təchiz edilib.

Ordubad Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Elmar Zeynalov yaradılan şəraitə görə minnətdarlıq edərək deyib ki, məntəqə əvvəl uyğunlaşdırılmış binada fəaliyyət göstərirdi. Bu gün isə səhiyyə işçiləri üçün müasir iş şəraiti yaradılıb. Bundan sonra da yaradılan şəraitə uyğun insanların sağlamlığının keşiyində duracağıq.

Ali Məclisin Sədri səhiyyə maarifinə üstünlük verilməsi, rayon mərkəzindən həkim briqadalarının göndərilməsi, sanitar-gigiyenik qaydalara əməl olunması barədə tapşırıqlar verib.

Müasir yol güclü iqtisadiyyatın və yüksək mədəniyyətin göstəricisidir

Vələver kəndində həyata keçirilən quruculuq işləri çərçivəsində kənd avtomobil yolu da yenidən qurulub.

Dekabrın 23-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov yolda yaradılan şəraitlə tanış olub.

Bildirilib ki, ümumi uzunluğu 5,1 kilometr olan yola asfalt örtük salınıb, 29 su keçidi qoyulub, 640 metr beton su kanalı çəkilib, 1 körpü təmir edilib və 225 metr istinad divarı tikilib.

Sonra sakinlərlə görüş olub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov deyib: Bu gün 3 kəndi özündə birləşdirən Vələver kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin ərazisi tamamilə abadlaşdırılıb. Kənd müasir kəndlər sırasına daxil olub. Yollar yenidən qurulub, elektrik, qaz xətləri yenilənib, məktəb tikilib, feldşer-mama məntəqəsi və dövlət orqanları üçün müasir iş şəraiti yaradılıb. Bir sözlə, kəndin bütün ehtiyacları nəzərə alınıb. Ölkəmiz 30 ildir ki, müstəqil dövlətdir. Müstəqilliyimizin ilk illəri çətin dövrlər idi. Həmin illərdə ölkədə qarışıqlıq, vətəndaş müharibəsi hökm sürür, eyni zamanda, torpaqlarımız işğala məruz qalırdı. Lakin Ümummilli Liderimizin siyasi hakimiyyətə qayıdışından sonra ölkədə sabitlik və inkişafın təməli qoyuldu. Ölkə Prezidentinin bu gün o yolu uğurla davam etdirməsinin nəticəsidir ki, Azərbaycan inkişaf etmiş ölkələr sırasında öz layiqli yerini tutub. Uzun illər işğal altında olan torpaqlarımız azad olunub. Bu gün ölkəmiz quruculuq meydanına çevrilib, işğaldan azad olunmuş ərazilərdə quruculuq işlərinə başlanılıb və insanların yaşayışının yaxşılaşdırılması üçün lazım olan işlər həyata keçirilir. Vələver kəndində görülən işlər də ölkəmizin inkişafının göstəricisidir. Həyata keçirilən tədbirlər insanların rahat yaşayışına, kəndin gələcək inkişafının təmin edilməsinə hesablanıb.

Ali Məclisin Sədri deyib: Kənddə ailə təsərrüfatları inkişaf edib, meyvəçilik, maldarlıq, heyvandarlıq və arıçılıq formalaşıb. Bütün bunlar ölkəmizdəki sabitlik, inkişaf və dövlət-xalq birliyi nəticəsində mümkün olub. Qurulanlar işin bir tərəfidirsə, onların qorunması, uzun müddət istifadə edilməsi işin əsas tərəfidir. Sakinlər də gərək qurulanlardan səmərəli istifadə etsin. Sakinlər çalışmalıdır ki, Vələver, Başkənd və Qoruqlar kəndləri bundan sonra da inkişaf etsin, yeni evlər tikilsin, məskunlaşma və təsərrüfatlar artsın.

Ali Məclisin Sədri kompleks quruculuq işlərində iştirak edənlərə və zəhməti olanlara təşəkkür edib, sakinləri qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramları münasibətilə təbrik edib.

Vələver kənd sakinləri adından minnətdarlıq edən ziyalı Muxtar İsmayılov deyib ki, muxtar respublika sürətlə inkişaf edir. Bu inkişafı görməmək mümkün deyil. Ulu öndər Heydər Əliyevin yolunun muxtar respublikada uğurla davam etdirilməsinin nəticəsidir ki, bu illər ərzində Naxçıvanın elə bir yeri yoxdur ki, orada quruculuq işləri aparılmasın. Ən ucqar kəndlərdə belə, abadlıq işləri görülüb, yollar çəkilib, sosial obyektlər qurulub. Bu gün Naxçıvan 100 faiz qazlaşdırılıb, bütün evlər işığa qərq olub, elektrik, rabitə xətləri çəkilib, sürətli internetdən geniş istifadə olunur. Təkcə son 3 ay ərzində Ordubad rayonunun 3 kəndində abadlıq-quruculuq işləri tamamlanıb. Əndəmic, Dırnısda və bu gün Vələver kəndində sosial obyektlər istifadəyə verilib. Bu gün Vələver kəndində elə bir küçə, döngə yoxdur ki, orada yollara asfalt salınmasın. Kənd şəhərə çevrilib. Əvvəlki məktəbdə qış ayları çətinliklə üzləşirdik. Lakin bu gün 3 mərtəbəli müasir məktəb ucaldılıb. Bu il bizim üçün uğurlu oldu. Gələn il də xalqımız üçün uğurlu, bərəkətli il olsun, dədə-baba yurdlarından qaçqın düşən ailələr öz yurdlarına qayıtsınlar. Muxtar İsmayılov qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramları münasibətilə təbriklərini çatdırıb.

Yeni xidmət mərkəzində lazımi şərait yaradılıb

Həmin gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Vələver kəndində xidmət mərkəzinin də açılışını edib.

Məlumat verilib ki, xidmət mərkəzində bərbərxana, qadın gözəllik salonu, ət satışı yeri, ərzaq və təsərrüfat malları mağazaları və anbar yerləşir. Burada xidmətin təşkili üçün nümunəvi şərait yaradılıb, 5 nəfər işlə təmin olunub.

Ali Məclisin Sədri yerli istehsal məhsullarının satışına üstünlük verilməsi barədə tapşırıqlar verib.

X X X

Vələver kəndində yeni sosial obyektlər tikilərkən bir sıra abadlıq işləri də görülüb. Kənddə 890 metr fiber-optik, 540 metr yeraltı, 1050 metr hava kabel xətti çəkilib. Həmçinin elektrik təsərrüfatı tamamilə yenilənib, 33 dayaq basdırılıb, 2200 metr məsafədə məftil naqillər izolyasiyalı kabellərlə, 500 metr məsafədə məftil naqillər yeraltı kabel xətləri ilə əvəz olunub. Bundan başqa, 230 poqonometr polietilen borularla yeni tikililərə qaz xətti çəkilib, 1632 poqonometr qaz xəttində dəmir borularla təmir-bərpa işləri aparılıb. Eyni zamanda, kənddə mövcud kaptajın 60 metrlik hissəsi təmir edilib, 15 metr yeni kaptaj tikilib, sugətirici ana xəttin 150 metr hissəsində təmir-bərpa işləri görülüb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ETİHİ Respublika Komitəsinin əməkdaşları azad edilmiş torpaqlarda çalışan müəllimlərlə görüşüblər

Agentlik: 277 ahıl müəllimə evlərində sosial-məişət xidməti göstərilir

Arxeoloq: Şahbulaq ətrafındakı alban abidələri tədqiq edilir

Azərbaycan rəqəmsal transformasiya və innovasiya sahəsində beynəlxalq əməkdaşlığı genişləndirir

Zelenski: Zərbə nəticəsində göyərtəsində Azərbaycan vətəndaşlarının olduğu gəmilər zədələnib

Quruluşçu rejissor: Tamaşaçı səhnədə hər birimizin həyat boyu gözlədiyi “Qodo”ları görəcək

Özbəkistan və Azərbaycan: 30 illik etimad, dostluq və yeni imkanlar

Taylandda daşqınlar 31 nəfərin həyatına son qoyub

Almaniyada yeni avtomobillərin üçdəbirindən çoxu elektriklidir

Azərbaycan hərbçiləri Pakistanda keçirilən təlimlərdə iştirak ediblər

Nazir müavini Firudin Qurbanov Tərtərdə vətəndaşların müraciətlərini dinləyəcək

Ərdoğan: Türkiyədə hazırlanan kosmik aparatın istehsal, montaj və inteqrasiya işləri tamamlanıb

Yeni dərman istehsalı müəssisəsi yerli əczaçılıq sənayesinin inkişafına yeni imkanlar açır – ŞƏRH

Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimini izləyib YENİLƏNƏCƏK

İngiltərə millisi Çexiya ilə matça ciddi itkilərlə çıxacaq

Bakıda Ermənistan ərazisindəki ekoloji fəaliyyətlərin regiona təsirlərinə dair brifinq keçirilib

Naxçıvanda DOST Qəbul şöbələri yaradılır

III Tələbə Mentorluq Proqramında 83 nəfər iştirak edib

Çində küləyin sürətini ölçmək üçün nəzərdə tutulmuş dünyanın ən hündür qülləsinin tikintisi başa çatdırılıb

Qazaxıstan hərbçilərinin Xəzər dənizinə düşməsi ilə bağlı 5 vəzifəli şəxs həbs olunub

“Rosatom”: Zaporojye AES hücuma məruz qalıb və zədələnib

Gəncədə irigövdəli ağacın budağı hərəkətdə olan avtomobilin üstünə düşüb

“Təhsildə yeni çağırışlar” VII Beynəlxalq Forumu

Azərbaycan və Ukrayna ombudsmanları insan hüquqlarının müdafiəsində əməkdaşlığı gücləndirirlər

Böyük Qayıdış regional inkişafın yeni mərhələsini formalaşdırır - ŞƏRH

Növbəti iki gündə hava yağıntılı olacaq – XƏBƏRDARLIQ

Nanodərmanlar XXI əsrin möcüzəsi olacaq

Bakıda cüdo üzrə dünya çempionatının təntənəli açılış mərasimi keçirilib - YENİLƏNİB

“Naxçıvan 2050: Süni intellektlə yaradılan memarlıq nümunələri” müsabiqəsi başlayıb

Türkiyə və Azərbaycanın elm tarixinin səhifəsi: akademik Bəhram Əsgərovun parlaq yolu

Türkmən baxşı sənəti Türk dünyasının şifahi mədəni yaddaşında mühüm həlqədir

“MEK Könüllülük proqramı”: növbəti qəbul prosesində 300-dən çox müraciət daxil olub

Naxçıvan şəhərinin Xətai məhəlləsində avtomobil yolu asfaltlanır

Marius Vizer: Qoy, cüdo ziddiyyətli dünyada birlik, dostluq və sülhün ilham mənbəyi olsun

Sentyabrda Bakı metrosundan istifadə edənlərin sayı açıqlanıb

“DokuBaku” Beynəlxalq Sənədli Film Festivalı başlayır

Pirallahı Sənaye Parkının rezidentləri indiyədək 82,2 milyon manatlıq məhsul istehsal edib

Rəşad Nəbiyev: Azərbaycan dünya yarışlarına ev sahibliyi edən möhtəşəm idman mərkəzinə çevrilib

Məryəm Əlizadə: Azərbaycan teatrı zamanla birlikdə addımlamalıdır

Amin Məmmədov: Arpa və Vorotan çaylarının çirkləndirilməsi Azərbaycan üçün ekoloji risk yarada bilər

ADAU-da Müəllimlər Günü: professor Elman Mövsümovun 85 illik yubileyi qeyd edilib

Politoloq: Hibrid və informasiya hücumları bəzi hallarda cəmiyyətə açıq döyüş əməliyyatlarından daha çox ziyan vurur - ŞƏRH VİDEO

Politoloq: Hibrid və informasiya hücumları bəzi hallarda cəmiyyətə açıq döyüş əməliyyatlarından daha çox ziyan vurur - ŞƏRH VİDEO

“Azərbaycan parlamentarizmi tarixində qadınlar”: dünəndən bu günə YENİLƏNİB

Fransada müəllimlər etiraz edən şagirdlərin tələblərini haqlı sayır

Özbəkistanla əmək və sosial müdafiə sahəsində gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb

Azərbaycan gimnastı Böyük Britaniyada 2 qızıl medal qazanıb

Lətif Kərimov yaradıcılığı: Azərbaycan milli-mədəni kimliyinin tarixi kontekstində

Qazaxıstanda cinayətlərin sayı azalıb

Polşa portalı “ADEX 2026” sərgisindən yazıb

Şotlandiyada şəxsi ada 350 min funt sterlinqə satışa çıxarılıb

Azərbaycan və Belarus arasında idman əməkdaşlığının inkişaf perspektivləri müzakirə olunub

Deputat: Ermənistan işğal dövründə Azərbaycanın 7 filiz və 39 qeyri-filiz yatağında qanunsuz istismar aparıb VİDEO

Deputat: Ermənistan işğal dövründə Azərbaycanın 7 filiz və 39 qeyri-filiz yatağında qanunsuz istismar aparıb VİDEO

Masallıda 300 güləşçinin qatıldığı turnir başa çatıb

Lətif Kərimovun 120 illik yubileyi Vyanada “Azərxalça” ASC-nin xüsusi xalça sərgisi ilə qeyd olunub

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 fevral tarixli 946 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi, o cümlədən Azərbaycan Respublikasının vətəndaşı olan uşaqların əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Koalisiya üzvü: İşğal dövründə Qarabağ və Şərqi Zəngəzurun ətraf mühitinə ciddi ziyan dəyib VİDEO

Koalisiya üzvü: İşğal dövründə Qarabağ və Şərqi Zəngəzurun ətraf mühitinə ciddi ziyan dəyib VİDEO

Qarabağda və Şərqi Zəngəzurda müəllim olmaq böyük qürurdur - Şahin Bayramov

Ağdamda 100-cü Yubiley Aqrar Biznes Festivalı baş tutub

Azərbaycanın beynəlxalq idman tədbirlərinə ev sahibliyi etmək təcrübəsi yüksək qiymətləndirilib

Siyəzəndə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 14 nəfər saxlanılıb VİDEO

Siyəzəndə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 14 nəfər saxlanılıb VİDEO

Londonun mərkəzində genişmiqyaslı elektrik kəsintisi baş verib

Amin Məmmədov: Ermənistan ətraf mühitə təsirlərlə bağlı məlumatları təqdim etməlidir VİDEO

Amin Məmmədov: Ermənistan ətraf mühitə təsirlərlə bağlı məlumatları təqdim etməlidir VİDEO

Çinin 23 vətəndaşı Azərbaycanda magistratura və doktorantura təhsili alacaq

Türkiyədəki Roma dövrünə aid eksponatlar Kopenhagendə sərgilənir

Naxçıvanda uzunluğu 17,5 kilometr olan avtomobil yolları yenilənir

Magistraturada 195 nəfər ödənişsiz təhsil almaq hüququ qazanıb - DİM-də əlavə müsabiqənin nəticələri

Bakıda Azərbaycan-Böyük Britaniya Birgə Hökumətlərarası Komissiyanın iclası olacaq

Ədliyyə Akademiyasında vəkilliyə namizədlərin icbari təlimi başlayıb

Norveçdə süni intellekt eynəklərinin istifadəsinə müvəqqəti qadağa qoyulur

Mingəçevir Dövlət Universitetində yeni laboratoriyalar istifadəyə verilib

İbrahimoviç ad günündə özünə bahalı “Ferrari” hədiyyə edib

Alparslan Bayraktar: Enerjidaşıyıcılarının Türkiyə ərazisindən ixracı İraq, Küveyt və Qətər üçün alternativdir

Hacıqabulda narkotik tərkibli bitkilər yetişdirən şəxs saxlanılıb

Azərbaycan ilə Türkiyə arasında əmək və sosial müdafiə sahəsində əməkdaşlıq daha da genişlənir

Emin Hüseynov: Ağdam rayonunda 2000-dən çox ailə məskunlaşıb VİDEO

Emin Hüseynov: Ağdam rayonunda 2000-dən çox ailə məskunlaşıb VİDEO

Firəngiz Xəlilova: Musiqi müəlliminin əsas vəzifəsi tələbədə sənətə həqiqi sevgi yaratmaqdır

Moldova 2030-cu ildə Aİ-yə üzv olmaq niyyətindədir

Gənc Tamaşaçılar Teatrında “Qodo həsrətində” adlı tamaşanın premyerası olacaq

Musiqini öyrətmək və sevdirmək: Pedaqoqun əsl missiyası nədir?

Fransada şagirdlərin etirazları səbəbindən yüzlərlə məktəb bağlanıb

Bəxtiyar Aslanbəyli: Biz AÇG-dən hasilatın uzunmüddətli davamlılığına yeni texnologiyalarla nail olmağa çalışırıq – MÜSAHİBƏ VİDEO

Bəxtiyar Aslanbəyli: Biz AÇG-dən hasilatın uzunmüddətli davamlılığına yeni texnologiyalarla nail olmağa çalışırıq – MÜSAHİBƏ VİDEO

ANAMA: Ötən həftə 1144,9 hektar ərazi mina və digər partlayıcı sursatlardan təmizlənib

“Aeroflot” Moskvadan Bakıya reyslərin sayını artıracaq

Alimlər başqa planetlərdən götürülən nümunələrdə Yerdəki həyat əlamətlərini aşkar edəcəklər

Azərbaycan karateçiləri beynəlxalq yarışlarda üç medal qazanıblar

Güclü iqtisadiyyat və həmrəy cəmiyyətin vəhdəti ŞƏRH

Elmi düşüncə sual vermək və araşdırmaqla formalaşır – Gülnar Qəmbərova

Azərbaycanın təhlükəsizlik siyasəti bundan sonra da əsas prioritetlər sırasındadır ŞƏRH

Yaponiya strateji neft ehtiyatlarından istifadəni dayandırır

Narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

® “AccessBank”ın tərəfdaşlığı ilə “VətəndəSƏN” II Qarabağ Təhsil Forumu keçirilib

Gəncə ilə Oş arasında əməkdaşlığın yeni istiqamətləri diqqət mərkəzində

Özəl məhkəmə eksperti qismində fəaliyyət göstərmək istəyən namizədlər üçün icbari təlimə başlanılıb

Azərbaycan cüdoçuları dünya çempionatının ikinci gününü medalsız başa vurublar VİDEO

Azərbaycan cüdoçuları dünya çempionatının ikinci gününü medalsız başa vurublar VİDEO

Türkiyə milli valyuta ilə ticarətin həcmini artırır

Nazir: Azad edilmiş ərazilərdə ilk istixana sənaye zonası Cəbrayılda qurulur VİDEO

Nazir: Azad edilmiş ərazilərdə ilk istixana sənaye zonası Cəbrayılda qurulur VİDEO

Müəllimin əsas missiyası tələbəni düşünməyə və araşdırmağa sövq etməkdir - Ramazan Məmmədov

Brno alimləri işıq vasitəsilə minitor qişalarına “görməyi” öyrədiblər

Əbu-Dabidə 3-cü Qlobal Ərzaq Həftəsi keçiriləcək

AZMİU-nun layihəsi Elm Fondunun qrant müsabiqəsinin qalibi olub