Güləş üzrə Azərbaycan millisinin U-20 Avropa çempionatı üçün heyəti açıqlanıb
Bakı, 27 iyun, AZƏRTAC
U-20 Avropa çempionatında iştirak edəcək sərbəs güləş üzrə Azərbaycan millisinin heyəti açıqlanıb.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Güləş Federasiyasının təlim-məşq bazasında federasiya rəsmiləri, eləcə də yığma komandanın məşqçiləri pəhləvanlara uğurlar arzulayıb və nizam-intizama ciddi riayət olunmasının vacibliyini diqqətə çatdırıblar.
Qitə birinciliyində Arif Abdullayevin, o cümlədən digər məşqçilər Rövşən Hacıyev və Əşrəf Əliyevin rəhbərliyi altında Ruslan Abdullayev (57 kq), Ceyhun Allahverdiyev (61 kq), Ramik Heybətov (65 kq), Cavidan Əhmədov (70 kq), Əkbər Vəliyev (74 kq), Sadiq Mustafazadə (79 kq), Timur Gülmaqomedov (86 kq), Rəvan Musayev (92 kq), Zəfər Əliyev (97 kq) və Yusif Dursunov (125 kq) ölkəmizi təmsil edəcəklər.
Avropa çempionatının sərbəst güləş yarışlarına iyunun 30-da start veriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [18:13]
Amerikalı basketbolçu Azərbaycan klubuna keçib
- 29.09.2026 [17:28]
Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək
- 29.09.2026 [17:09]
Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib
- 29.09.2026 [16:34]
Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb
- 29.09.2026 [16:05]