GÜLƏŞ ÜZRƏ “QIZIL QRAN-PRİ” BEYNƏLXALQ TURNİRİNİN FİNAL MƏRHƏLƏSİ BAŞLANMIŞDIR
Bakı, 17 iyul (AZƏRTAC). Bu gün Bakı İdman Sarayında ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş ənənəvi “Qızıl Qran-pri” beynəlxalq turnirinin final mərhələsi başlanmışdır. Turnirdə Azərbaycan da daxil olmaqla, 30 ölkənin 7 çəki üzrə 400-dən artıq idmançısı qələbə uğrunda mübarizə aparır. FİLA-nın qaydalarına görə, ev sahibliyi etdiyi üçün Azərbaycanın hər çəki üzrə 4 idmançı ilə təmsil olunmaq hüququ var.
Yarış cədvəlinə görə bu gün mübarizəyə yunan-Roma güləşçiləri qoşulmuşlar. Azərbaycan yığmasına 55 kq çəki dərəcəsində Rövşən Bayramov, Elçin Əliyev, Qədir Süleymanov, Taleh Məmmədov, 60 kq çəki dərəcəsində Vitali Rəhimov, Sakit Cəlilov, Fuad Əliyev, Həsən Əliyev, Natiq Bağırov, Cavid Abdullayev (ehtiyat güləşçi), 66 kq çəki dərəcəsində Fərid Mansurov, Emin Əhmədov, Elşən Səfərov, Rüstəm Əliyev, Tural Hüseynov (ehtiyat güləşçi), 74 kq çəki dərəcəsində Elvin Mürsəliyev, Rüfət Hüseynov, Niyaməddin İbrahimov (ehtiyat güləşçi), 84 kq çəki dərəcəsində Şalva Qadabadze, Elgiz Məmmədov (ehtiyat güləşçilər), Şəhriyar Məmmədov, Roman Katamadze, 96 kq çəki dərəcəsində Denis Mişin, Ninna Serqo, Səbuhi Hümbətov (ehtiyat güləşçi) daxildirlər.
######
![]() |
![]() |
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [16:14]
Cud Bellinqem “Real Madrid”lə yeni müqavilə barədə razılığa gəlib
- 16.10.2026 [13:03]

