Azərbaycan Dövlət İnformasiya Agentliyi

Gülnar Seyidli: Zəif tərəfləri qəbul etmək bacarığı güclülük əlamətidir

Gülnar Seyidli: Zəif tərəfləri qəbul etmək bacarığı güclülük əlamətidir

Bakı, 24 iyul, Günel Alıyeva, AZƏRTAC

AZƏRTAC Azərbaycanın məşhur blogerləri ilə müsahibələr silsiləsini davam etdirir. Növbəti həmsöhbətimiz psixoloq, motivasiya spikeri, bloger, Venuslab bloqunun qurucusu Gülnar Seyidlidir.

Gülnar bloqunun necə inkişaf etdiyindən danışıb, həmçinin bu işə yeni başlayan blogerlərə məsləhətlər verib.

- Gülnar, bloqunuz nədən başladı?

- Psixologiya mənim ikinci ixtisasımdır. Əvvəlcə 636 balla daxil olduğum Azərbaycan-Fransız Universitetində geofizika mühəndisliyi ixtisası üzrə təhsil alırdım. Bu, mənim şəxsi seçimim idi və təhsilimə çox böyük həvəslə başladım. Lakin bir qədər sonra anladım ki, mühəndislik məni heç də cəlb etmir. Sosial şəbəkələrin çox populyarlaşdığı o illərdə karantin rejimi tətbiq edilmişdi və mənə sevinc gətirəcək bir məşğuliyyət tapmaq qərarına gəldim. Beləliklə, aromaterapiya məhsulları yaratmağa başladım. Abunəçilərim ilə ünsiyyət əsnasında onların travmalarını daha dərindən dərk etmək və daha ətraflı təhlillər aparmaq ehtiyacı hiss etdim. Aromaterapiyanın müalicə üçün kifayət etmədiyi qənaətinə gəldim. Bu, yalnız stimullaşdırıcı və həvəsləndirici amildir. Məni insanların seçimləri və davranışlarının arxasında duran səbəblər həmişə maraqlandırıb. Əslində, bu maraq məndə hələ yeniyetmə dövründə yaranmışdı, sadəcə mən o vaxt psixologiya ilə o qədər dərindən tanış deyildim.

- Bloqunuzun tam mənada məşğuliyyətə çevrildiyini nə vaxt anladınız?

- Zaman keçdikcə, insanlarla ünsiyyətin mənə həzz və ilham verdiyini gördüm, ona görə də bloqa daha çox vaxt ayırmağa başladım və bunun məni həqiqətən də cəlb etdiyini anladım. Hər şey öz-özünə inkişaf edirdi, yəni bloqumu tanıtmaq üçün qarşıma konkret məqsəd qoymurdum.

- Sizcə, uğurunuzun sirri nədədir?

- Uğur çox geniş anlayışdır. Düzünü desəm, indi olduğum yeri tam uğur adlandırmazdım, çünki həyatımla bağlı böyük planlarım var. Lakin əsas sirr, məncə, nəzakət və səmimiyyətdədir.

- Ölkəmizdə blogerliklə bağlı vəziyyət necədir?

- Blogerlik təkcə burada deyil, bütün dünyada inkişaf edir. İnsanlar bu sahədə öz üzərlərində daha çox işləməlidirlər, çünki bloqlardakı auditoriya istənilən şirkətdən daha geniş ola bilər. Bu, daha çox sayda insana müraciət etmək və fikirləri daha geniş miqyasda paylaşmaq imkanı verir.

- Sizcə, gələcəkdə blogerliyi nələr gözləyir?

- Düşünürəm ki, bu sahə inkişafa doğru irəliləyir. Bilirsiniz, əgər insan bu sahəyə aid deyilsə, zaman keçdikcə onun bu sahəyə marağı yox olur və o, ayrılır. İndi bir çoxları sosial medianın, blogerlərin və təsir edənlərin vəziyyətindən narahatdır, lakin mən hesab edirəm ki, bu sahəyə həqiqətən aidiyyəti olmayanlar zamanla onu tərk edəcəklər.

- Bu işlə yenicə məşğul olmağa başlayan blogerlərə hansı məsləhətləri verərdiniz?

- Öncə, onlara cəsarətli olmağa, öz auditoriyasının maraq və zövqünə uyğun yazılar hazırlamağa çalışmağı məsləhət görərdim. Mən, həmçinin bir mövzuya diqqəti cəmləməyi tövsiyə edirəm. Bloqun bir konkret mövzusu olmalıdır. Məsələn, əgər bu psixologiyadırsa, bloq klinik psixologiya və ya başqa bir konkret sahəyə həsr oluna bilər. Bloq bir mövzuya yönəldildikdə, uyğun auditoriya tapmaq daha asan olacaq və blogerlər oxucularından cavab reaksiyası və sevgi alacaqlar.

- Özünü həvəssiz və ya ruhdan düşmüş hiss edən insanlara nəyi məsləhət görərdiniz?

- Birincisi, onlar bunun hər kəslə baş verdiyini dərk etməlidirlər. Hər bir insan həyatının müxtəlif dövrlərində oxşar mərhələlərdən keçir. Hətta zirvələrə çatmış uğurlu insanlar da keçmişdə uğursuzluqlar və demotivasiya anlarını yaşadığını, özlərini kədərli və tənha hiss etdiyini bildirirlər. Belə anlarda daxili səsinizə qulaq asmağı məsləhət görürəm. Məntiqlə hərəkət etdikdə və sadəcə nəfəsimizə diqqət yetirdikdə, əsl istəklərimizi anlaya bilirik. İnsan həqiqətən nə istədiyini anladıqda, motivasiya əldə edir.

Motivasiyanın hərəkətdən yarandığını da unutmamaq lazımdır. Məsələn, bir layihə üzərində işləməlisiniz, lakin ilhamınız yoxdursa, motivasiya özü sizə gəlməyəcək. Yalnız işə başladıqdan sonra motivasiyanı tədricən hiss etməyə başlayacaqsınız. Mən tez-tez üç dəqiqə qaydası haqqında danışıram: bir tapşırığı yerinə yetirmək üçün özünüzə üç dəqiqə vaxt versəniz, bunu həqiqətən də etmək istəyib-istəmədiyinizi daha yaxşı dərk edəcəksiniz. Ola bilsin ki, davam etmək istədiyiniz ortaya çıxacaq.

- Şəxsi inkişaf və motivasiya üçün hansı kitabları və mənbələri tövsiyə edirsiniz?

- Hesab edirəm ki, şəxsi inkişaf üçün motivasiyalı videolara baxmaq və motivasiya üzrə kitablar oxumaq bir nöqtəyə qədər kömək edə bilər. Lakin əgər daim təkcə motivasiya ilə məşğul olursunuzsa, bu mövzuda kitab oxuyub videolara baxırsınızsa, eyni zamanda, heç bir hərəkət etmirsinizsə, bu, çıxış yolu tapmayan daxili potensialın yığılmasına gətirib çıxarır və nəticədə insanda xaos yaradır.

Düşünürəm ki, hər bir insan Devid Bernsın “Gözəl hal-əhval” kitabını oxumalıdır, bu, özünü daha yaxşı anlamağa, daxili mənliyi araşdırmağa və düşüncələrimizdə özümüz üçün yaratdığımız travmaların öhdəsindən gəlməyə kömək edir. Əminəm ki, kitabı oxuyan hər kəs onu təkrar mütaliə etmək istəyəcək.

- Başqa insanlara güclü tərəflərini tapmağa və onlardan tam istifadə etməyə necə kömək edirsiniz?

- Öncə qeyd etmək istəyirəm ki, insanın öz güclü tərəflərini tapmaq bacarığı onun özünün zəif tərəflərinin dərk və qəbul edilməsindən başlayır. Hər bir insanın ən güclü tərəfi zəif cəhətlərini görmək və onları qəbul etmək bacarığından ibarətdir. İnsan öz zəif cəhətlərini nəzərə alaraq yaşamağı öyrənəndə, daha güclü olur. Mən insanlara zəif tərəflərini qəbul etməyə və onlarla işləməyə kömək edirəm.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Putin Ukraynanın hərbi sənaye obyektlərinə və logistika mərkəzlərinə zərbələrin davam etdirilməsini tapşırıb

Britaniya ordusunun rəhbəri müharibə təhlükəsi ilə bağlı xəbərdarlıq edib

Peruda Qarabağ xalçasının açılışı olub – Azərbaycan mədəni irsi Peruda nümayiş olunur

“Vaqif” operası – Ramiz Mustafayevin zəngin sənət irsinə ehtiram

BMT: Ukraynada sentyabrda mülki əhali arasında itkilər 85 faiz artıb

Mina Abbasova: “Təxəyyülün köçəri ocağı” sərgisinin mərkəzində nostalji hissi dayanır

BVF: Fransanın 2027-ci il üzrə ümumi maliyyələşmə ehtiyacı 690 milyard avroya çatacaq

Salyanda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

Əməkdar rəssam: Sərgi onilliklər sonra öz əsərlərimə yeni gözlə baxmağa imkan verdi

Premyer Liqa: "Sumqayıt" ardıcıl ikinci qələbəsini qazanıb

Balakəndə müstəqilliyin bərpasının 35-ci ildönümü qeyd edilib

Kəngərli rayonunda müşavirə: İqtisadi müstəqillik dövlətimizin gücünü möhkəmləndirir

Milli birlik, ideoloji təhlükəsizlik və inkişaf - Qaxda qarşıda duran hədəflər müzakirə olunub

Qəbul edilən qərarların nəticələri insanların gündəlik həyatında hiss edilməlidir - Ordubadda müşavirə

Multidisiplinar rəssam: Əsərlərimdə nostaljinin fərqli tərəflərini əks etdirməyə çalışmışam

Prezident İlham Əliyevin sosial media hesablarında Vətən müharibəsi ilə bağlı videoçarx paylaşılıb VİDEO

Azərbaycanın səfiri etimadnaməsini İsveç Kralına təqdim edib

Bu saata olan əsas xəbərlər

Moskvada Cənubi Qafqazda “3+3” formatında enerji layihələri müzakirə olunub VİDEO

Moskvada Cənubi Qafqazda “3+3” formatında enerji layihələri müzakirə olunub VİDEO

“Environmental Protection First” koalisiyası COP17 ilə bağlı beynəlxalq ictimaiyyətə müraciət edib

Prezident İlham Əliyevin mesajları Qərb institutlarına ciddi xəbərdarlıq idi ŞƏRH

Qusar-Əniq-Laza yolunda iki yeni körpü inşa olunur

“Təxəyyülün köçəri ocağı”: Keçmişin izləri müasir incəsənətdə

Milli Paralimpiya Komitəsinin 30 illik yubileyinə həsr olunmuş qala gecəsi keçirilir

Azərbaycanlı xanım fermer FAO-nun “100 Qadın Qəhrəmanı”ndan biri seçilib

Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib

Sabitlik və milli həmrəylik Azərbaycanın qarşıya qoyduğu strateji hədəflərə çatması üçün əsas şərtdir

Milli Paralimpiya Komitəsinin yaradılmasının 30 illik yubileyi münasibətilə Komitənin kollektivinə və paralimpiyaçılara

Gəncə Dövlət Universitetində Müstəqilliyin Bərpası Günü qeyd edilib

Belçika şirkətləri kiberhücumlarla daha çox üzləşirlər

Aİ və Körfəz ölkələri strateji tərəfdaşlığı gücləndirmək niyyətindədir

Vətən müharibəsi qazisi: Vətənə sevgi, dövlətə sədaqət və milli birliyimizin qorunması hər birimizin məsuliyyətidir

Milli-mənəvi dəyərlər cəmiyyətin sabitliyinin təməlidir VİDEO

Milli-mənəvi dəyərlər cəmiyyətin sabitliyinin təməlidir VİDEO

Dövlət Statistika Komitəsi son illərdə 212 mindən çox nəzarət markası sifariş edib

Mədəniyyət naziri Adil Kərimli Füzuli şəhərində vətəndaşların müraciətlərini dinləyib

Taleh Kazımov: 2027-2030-cu illərin iqtisadi gündəliyindəki struktur islahatlar şaxələndirmənin miqyasını və sürətini müəyyən edəcək

Azərbaycan regionda sülhün və sabitliyin təmin olunmasında mühüm rol oynayır - ŞƏRH

ICESCO-nun Bakı Regional Ofisi 12-ci Beynəlxalq Kitab Sərgisində xüsusi pavilyonla təmsil olunacaq

218 nömrəli yeni marşrut xətti istifadəyə verilir

Mərkəzi Bank 2026-cı və 2027-ci illər üzrə inflyasiya proqnozlarını açıqlayıb

BDU Özbəkistanın 9 universiteti ilə əməkdaşlığa başlayır

Taleh Kazımov: Bu il strateji valyuta ehtiyatımız 700 milyon dollar artıb

Nurcan Kelbuqanov: TBNM müasir, rəqəmsal, multimodal marşruta çevrilməlidir

Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul olunub

Binəqədi şosesində nəqliyyatın hərəkətinə müvəqqəti məhdudiyyət tətbiq ediləcək

Xankəndidə BMU ilə Özbəkistanın iki ali təhsil müəssisəsi arasında memorandumlar imzalanıb

Azərbaycan və Banqladeş arasında ikitərəfli münasibətlərin inkişaf perspektivləri müzakirə edilib

Çexiyada Senata seçkilərin ikinci turu keçirilir

“Şahinlərin Görüşü-2026”da iştirak etmək üçün Birləşmiş Ərəb Əmirliklərinin nümayəndə heyəti ölkəmizə səfər edib

Energetika Nazirliyində YAP-ın VIII Qurultayının yekunlarına həsr olunmuş tədbir keçirilib

Media nümayəndələrinə standartlaşdırma mövzusunda təlim keçirilib

Efiopiyada Tiqray bölgəsinə altıaylıq keçid administrasiyası yaradılıb

Mərkəzi Bankın sədri “Global Finance”a müsahibəsində Azərbaycanın maliyyə islahatlarından danışıb

Asimmetrik sintez: həyatın mənşəyi və dərman istehsalı baxımından yeni imkanlar

Avropada qazın qiyməti 2022-ci ilin dekabrından bəri ən yüksək səviyyədədir

“Şahinlərin Görüşü-2026” təlimində tapşırıqlar uğurla icra olunur

“Effektiv idarəetmə və makroiqtisadi göstəricilər” işçi qrupunun növbəti iclası baş tutub

Macarıstan Aİ-nin karbon qiymətləri sisteminin tətbiqinin təxirə salınmasını tələb edir

ARDNF-nin icraçı direktoru "Yüksəliş" müsabiqəsinin qalibləri ilə görüşüb

Azərbaycan U-15 Avropa çempionatında 21 boksçu ilə təmsil olunacaq

TƏBİB-in icraçı direktoru Qubada vətəndaşların müraciətlərini dinləyib

Müstəqilliyin bərpası Azərbaycan xalqının milli iradəsinin təcəssümüdür - universitetdə tədbir

Hadrutda “Yeni nəsil energetiklər: Şəbəkənin memarları” ümumrespublika yarışının qalibləri müəyyənləşib YENİLƏNİB VİDEO

Hadrutda “Yeni nəsil energetiklər: Şəbəkənin memarları” ümumrespublika yarışının qalibləri müəyyənləşib YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevdən mühüm mesajlar: Müharibə bizim seçimimiz olmayıb VİDEO

Prezident İlham Əliyevdən mühüm mesajlar: Müharibə bizim seçimimiz olmayıb VİDEO

BDU-da “Azərbaycan dili - Açıq dərslər” layihəsi davam edir

Səyyar Gənclər Xidmətinin növbəti dayanacağı Ucar olub

Ermənistanın keçmiş rəhbərliyi Azərbaycan xalqına qarşı cinayətlərə görə məsuliyyət daşıyır RƏY

BVF ilə Dünya Bankının İllik Toplantılarında Azərbaycanın iqtisadi prioritetləri və beynəlxalq maliyyə əməkdaşlığı dəyərləndirilib

Türkiyəli məşhur futbol mütəxəssisi dünya çempionatı üçün Bakıya gəlir

Qarabağ Universiteti “Rebuild Karabakh” sərgisində təmsil olunur

Diaspor nümayəndəsi: Tarixi əlaqələr Azərbaycanla Kamboca arasında əməkdaşlığın inkişafına töhfə verə bilər

“Xocavənd əməliyyatı” zamanı şəhid olan əfsanəvi kəşfiyyatçıların xatirəsi anılıb VİDEO

“Xocavənd əməliyyatı” zamanı şəhid olan əfsanəvi kəşfiyyatçıların xatirəsi anılıb VİDEO

BDU-da Müstəqilliyin Bərpası Günü qeyd olunub

Londonda Azərbaycanın maarifçilik tarixi və fəlsəfi irsi təqdim edilib

Beynəlxalq konfransda türk dilləri ilə bağlı araşdırmalar təqdim olunub

Türk ekspert: Azərbaycan Avrasiya məkanında enerji və nəqliyyat təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır

Nizami rayonunda Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələr müzakirə olunub

Gənclərin zərərli ideoloji təsirlərdən qorunması əsas vəzifələrdəndir

Şərqşünaslıq İnstitutunda Azərbaycan dövlətçiliyi tarixinə dair mühazirə oxunub

“Qarabağ Hakatonu 2026” yarışması başa çatıb

Nürnberqdən Bakıya: Ermənistanın üç keçmiş prezidentinin cinayət məsuliyyəti məsələsi – TƏHLİL

Yeni Kaledoniyanın nikel sərvətləri uğrunda mübarizə: Kanak təşkilatlarından Aİ-yə etiraz

AQTA sədrinin vətəndaşlarla görüşünün vaxtı dəyişdirilib

Gəncədə son illərdə 15 mindən çox yeni iş yeri yaradılıb

AQTA: Qəhvəyi mərmər bağacığı ilə mübarizədə əhalinin fəallığı vacibdir

Beynəlxalq paralimpiya nümayəndələri Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət ediblər

Azad Füzuli tarixi Zəfərin qürurunu və Böyük Qayıdışın sevincini yaşayır ŞƏRH

İtaliya və İspaniya sərhəd yoxlamalarını ləğv etməyə hazırlaşır

Volodimir Zelenski Antonio Koşta və Ursula Fon der Lyayenlə görüşünün nəticələrini açıqlayıb

BMT-nin fəaliyyətinin təkmilləşdirilməsi, təşkilatda islahatların aparılması zəruridir - ŞƏRH

Türkiyə Aİ-ni “Made in Europe” strategiyasına yenidən baxmağa çağırıb

Azərbaycan və Şri-Lanka siyasi dialoqu gücləndirir

Premyer Liqa: “Şamaxı” turun açılış oyununda əzmkar qələbə qazanıb

Siyasi şərhçi: Keçmiş münaqişənin təcrübəsi Azərbaycanın milli maraqlarına əsaslanan praqmatik siyasətin əhəmiyyətini bir daha göstərir

Suraxanıda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

İsmayıllıda minik və yük avtomobilləri toqquşub, ölən var

Azərbaycanın sülh gündəliyi regional sabitliyin təmin olunmasına xidmət edir ŞƏRH

Məzarsız atanın neftçi oğlu: “Qara qızıl”ın Vətən payı

Mərkəzi Bank İsveçrə Milli Bankı ilə maliyyə sektorundakı son tendensiyaları nəzərdən keçirib

Səhiyyə Nazirliyinin mobil klinikası Xocalıda sakinlərə tibbi xidmət göstərib