GÜNƏŞ HƏR İL 60 MİN İNSANI ÖLDÜRÜR
DST bildirir ki, bədxassəli melanomadan dünyada hər il 48 min adam, daha 12 min insan isə digər növ dəri xərçəngi xəstəliklərindən ölür. Onkoloji xəstəliklərin 90 faizi Günəşin ultrabənövşəyi şüalarından əmələ gəlir.
Hesabatda deyilir ki, Günəş radiasiyası ciddi yanıqlara, dərinin erkən qocalmasına, katarakta, pterigiyaya (gözün buynuz qişasının kənarı ilə bitişən konyuktiva büküşü), herpes (dəmirov) və başqa xəstəliklərə səbəb ola bilər.
DST-nin İctimai Səhiyyə və Ətraf Mühit Departamenti direktorunun müavini Mariya Neyraa demişdir: “Günəş hamımıza gərəkdir, amma onun şüalarının artıqlığı təhlükəli, hətta ölümcül ola bilər. Xoşbəxtlikdən, ultrabənövşəyi şüaların təsirindən yaranan bədxassəli melanomaları, digər növ dəri xərçəngi xəstəlikləri və kataraktı sadə müdafiə tədbirlərinin vaxtında görülməsi sayəsində, demək olar, tamamilə müalicə etmək mümkündür”.
Bunun üçün DST günün qızmar çağında Günəşin altında az qalmağı, Günəşdən şlyapa və qara eynəklərin köməyi ilə qorunmağı, kölgədə dincəlməyi, habelə müdafiə amili azı 15 olan günəşdənmüdafiə kremlərindən istifadə etməyi məsləhət görür.