Gürcü şairi Makvala Qonaşvilinin şeirlər kitabı nəşr olunub
Bakı, 4 mart, AZƏRTAC
Dövlət Tərcümə Mərkəzi tanınmış gürcü şairi, Gürcüstan Yazıçılar Birliyinin sədri Makvala Qonaşvilinin seçmə poetik nümunələrinin toplandığı “Min ikinci gecə” adlı şeirlər kitabını nəşr edib.
Tərcümə Mərkəzindən AZƏRTAC-a bildirilib ki, şairin yaradıcılığı haqqında yazılmış ön sözlə açılan kitaba müəllifin vətən, sevgi, həyat və ölüm mövzularında qələmə aldığı “Yol”, “İlahi səs”, “Şükranlıq”, “Tənhalıq məbədi”, “Etiraf”, “Görüş”, “Həqiqət” və digər bu kimi şeirləri daxil edilib.
Əsərləri dünyanın bir çox dillərinə tərcümə olunan Makvala Qonaşvili beynəlxalq poeziya müstəvisində “Lalələr tonqalı”, “Günəşin göz yaşları”, “Mən sizi sevirəm”, “Adlar və simalar”, “Çağırış”, “Buradan sizə qədər” kimi şeir kitabları ilə tanınıb.
Kitabın “Ön söz” müəllifi tanınmış yazıçı Etimad Başkeçid, gürcü dilindən tərcümə müəllifi şair İmir Məmmədli, redaktoru şair Mahir N.Qarayev və Şəfiqə Şəfadır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [21:40]
“Baku Jazz Festival-2026”: Xarici musiqiçilərin təəssüratları
- 13.10.2026 [21:23]
Azərbaycan Mədəniyyəti FAO-nun Baş qərargahında təqdim olunub
- 13.10.2026 [20:19]
Londonda “Arşın mal alan” filminin nümayişi olub
- 13.10.2026 [18:20]
Kamboca Krallığının birinci xanımı Piç Çanmoni İçərişəhərlə tanış olub
- 13.10.2026 [15:41]
Xalq rəssamı: Vahid məktəbli geyimi ətrafındakı təxribatlara uymamalıyıq
- 13.10.2026 [14:53]
Zəngin poetik irs və humanist ideyalar: Xaqani Şirvani yaradıcılığı
- 13.10.2026 [14:26]
Dillər Universitetində Çinin “Çunyan” bayramı münasibətilə tədbir keçirilib
- 13.10.2026 [14:15]
Soltan Soltanlı Serbiyada keçirilən beynəlxalq yarışmada üçüncü yeri tutub
- 13.10.2026 [12:55]