Gürcüstan Prezidenti Salome Zurabişvili şeyxülislam Allahşükür Paşazadəni qəbul edib
Tbilisi, 22 iyul, AZƏRTAC
Tbilisidə səfərdə olan Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə iyulun 22-də Gürcüstan Prezidenti Salome Zurabişvili ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycan ilə Gürcüstan arasında siyasi, iqtisadi, mədəni və din sahələrində əlaqələrin inkişaf perspektivləri diqqət mərkəzində olub.
Tərəflər ölkələrimiz arasındakı qədim dostluq və mehriban qonşuluq münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsindən məmnunluqla danışıblar.
Bildirilib ki, Azərbaycan və Gürcüstanın ali dini rəhbərləri arasındakı dostluq münasibətləri xalqlarımız tərəfindən də yüksək qiymətləndirilir.
Görüşdə Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev və digər rəsmi şəxslər iştirak ediblər.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.08.2026 [13:38]
Azərbaycan səfiri etimadnaməsini Qazaxıstan Prezidentinə təqdim edib
- 18.08.2026 [13:43]
Rusiya səfiri Azərbaycan XİN-ə çağırılıb
- 17.08.2026 [17:33]
Bakıda İndoneziyanın müstəqilliyinin 81-ci ildönümü qeyd edilib
- 15.08.2026 [15:17]