Azərbaycan Dövlət İnformasiya Agentliyi

Gürcüstan və Azərbaycanın nəqliyyat dəhlizlərini modernləşdirməsi onların qlobal iqtisadiyyatda əhəmiyyətini artıracaq - MÜSAHİBƏ

Gürcüstan və Azərbaycanın nəqliyyat dəhlizlərini modernləşdirməsi onların qlobal iqtisadiyyatda əhəmiyyətini artıracaq - MÜSAHİBƏ

Bakı, 28 fevral, Tamilla Məmmədova, AZƏRTAC

Ötən həftə Tbilisidə Gürcüstan və Azərbaycan arasında nəqliyyat sahəsində əməkdaşlıq məsələləri və gələcək prioritetlər, həmçinin həyata keçirilən layihələr müzakirə edildi. Söhbət zamanı Orta Dəhlizin artan rolu, onun rəqabət qabiliyyətinin artırılması və əlavə yüklərin cəlb edilməsi istiqamətində tərəflərin fəal iştirakı ilə həyata keçirilən tədbirlərə xüsusi diqqət yetirilib. Qeyd edilib ki, bu, ölkələrə daha çox əlavə dəyər yaratmağa imkan verəcək.

Mövzu ilə bağlı gürcüstanlı iqtisadi ekspert, Qriqol Robakidze Universitetinin prorektoru və dekanı, professor Vaxtanq Çarayanın AZƏRTAC-a müsahibəsini təqdim edirik.

- Cənab Çaraya, Gürcüstan və Azərbaycan arasında mövcud nəqliyyat əməkdaşlığını necə qiymətləndirirsiniz? Bu gün ikitərəfli əməkdaşlıq çərçivəsində hansı əsas layihələr həyata keçirilir?

- Gürcüstan və Azərbaycan həm ikitərəfli ticarətdə, həm də tranzit sahəsində iqtisadi-ticarət əlaqələrin daha da dərinləşdirilməsi və genişləndirilməsi üçün əhəmiyyətli potensiala malikdir. Hər iki dövlət strateji tərəfdaşdır və onların coğrafi mövqeyi Avropa və Asiyanı birləşdirən nəqliyyat dəhlizlərinin inkişafında əsas rol oynayır. Xüsusilə, dəmir yolu daşımaları sahəsində əməkdaşlıq böyük əhəmiyyət kəsb edir. Artıq Bakı-Tbilisi-Qars marşrutu fəal şəkildə istifadə olunur, Asiya, Qafqaz və Avropa arasında yüklərin səmərəli tranzitini təmin edir. İnfrastrukturun gücləndirilməsi, dəmir yolu xətlərinin modernizasiyası və bu dəhlizin buraxılış qabiliyyətinin artırılması yük daşımalarının həcminin artması üçün yeni imkanlar açacaq. Avtomobil nəqliyyatı marşrutlarının inkişafı da vacibdir. Yeni avtomobil yollarının tikintisi, mövcud magistralların genişləndirilməsi və logistika qovşaqlarının təkmilləşdirilməsi bu sahədə irəliləyişə töhfə verəcək. Hava nəqliyyatı əlaqələri də iqtisadi əlaqələrin inkişafında mühüm rol oynayır. Aviareyslər şəbəkəsinin genişləndirilməsi, uçuşların sayının artırılması və yük aviasiya daşımaları üçün əlverişli şəraitin yaradılması biznes fəallığının yüksəlməsinə və müxtəlif sahələrdə əməkdaşlığın möhkəmlənməsinə imkan verəcək.

- Gürcüstan və Azərbaycan arasındakı əməkdaşlıq onların iqtisadi və tranzit potensialını qlobal arenada necə gücləndirə bilər?

- Gürcüstan və Azərbaycan sıx əməkdaşlıq etməlidirlər. Ayrılıqda hər bir ölkənin öz üstünlükləri var, lakin onların iqtisadi, coğrafi və tranzit imkanları birləşdikdə əhəmiyyətli dərəcədə güclənir. İnfrastruktur və logistikanın birgə inkişafı təkcə ikitərəfli əlaqələri möhkəmləndirməyəcək, həm də Çin, Avropa İttifaqı və digər aparıcı iqtisadiyyatlar kimi daha böyük oyunçularla tərəfdaşlıq üçün əlverişli şərait yaradacaq. Bu əməkdaşlıqda tranzit potensialı xüsusi rol oynayır. Gürcüstanın və Azərbaycanın coğrafi mövqeyi onları Şərq və Qərbi, Şimal və Cənubu birləşdirən beynəlxalq nəqliyyat dəhlizlərinin strateji halqalarına çevirir. Dəmir yollarının inkişafı, avtomobil magistrallarının modernizasiyası, dəniz və hava logistikası imkanlarının genişləndirilməsi ölkələrin qlobal ticarət marşrutlarında əsas iştirakçılara çevrilməsinə imkan verəcək. Bu hədəfə çatmaq üçün infrastruktur layihələrinə investisiya qoyuluşunu artırmaq, nəqliyyat proseslərini rəqəmsallaşdırmaq və gömrük prosedurlarını sadələşdirmək kimi mövcud resurslardan maksimum dərəcədə səmərəli istifadə etmək lazımdır. Bu, təkcə regionun iqtisadi rolunu gücləndirməyəcək, həm də beynəlxalq tərəfdaşlar üçün sabitlik və proqnozlaşdırıla bilən şərait yaradaraq yeni investisiyaların cəlb edilməsinə töhfə verəcək.

- Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu layihəsi necə inkişaf edir? Onun yaxın illərdə hansı perspektivləri var?

- BTQ-nin tam fəaliyyət göstərməsi yük daşımalarının həcmini artırmağa, Asiya və Avropa arasında yük daşınma müddətini azaltmağa və regionun tranzit cəlbediciliyini gücləndirməyə imkan verəcək. Bu dəmir yolu marşrutunun daha da inkişafı üçün kompleks yanaşma tələb olunur. Buraya infrastrukturun modernizasiyası, logistika proseslərinin təkmilləşdirilməsi və yük daşımalarının idarə edilməsində müasir rəqəmsal texnologiyaların tətbiqi daxildir.

- Dəmir yolu marşrutu vasitəsilə yük axını nə qədər artıb və onun artırılması üçün hansı tədbirlər görülür?

- Yük axınının artırılması müxtəlif istiqamətlərdə və fərqli tələblər üçün mümkündür, o cümlədən gələcəkdə Ukraynanın müharibədən sonrakı bərpası ilə bağlı perspektivlər nəzərə alınmalıdır. Hamımızın ümid etdiyi kimi, əgər yaxın zamanda Ukraynadakı müharibə başa çatsa, ölkənin iqtisadiyyatı, infrastrukturu və sənayesi miqyaslı bərpa prosesindən keçəcək. Bu prosesdə Azərbaycan və Gürcüstan ərazisindən keçən nəqliyyat dəhlizləri mühüm rol oynaya bilər. Türkiyə vasitəsilə və ya Qara dənizdən istifadə edərək Ukrayna istiqamətinə aparan dəmir yolu marşrutları tikinti materialları, sənaye avadanlıqları, ərzaq və digər vacib yüklərin çatdırılması üçün strateji əhəmiyyət daşıyacaq. Bu, qaçılmaz olaraq Cənubi Qafqazdan keçən tranzit axınının artmasına səbəb olacaq və bununla da Gürcüstan və Azərbaycanın iqtisadi mövqeyini regionda daha da gücləndirəcək.

Bundan əlavə, logistikanın inkişafı və bu marşrutların buraxılış qabiliyyətinin artırılması əlavə investisiyaların cəlb olunmasına, yeni iş yerlərinin yaradılmasına və ölkələrimizin beynəlxalq ticarət və nəqliyyat zəncirlərinə inteqrasiyasının güclənməsinə şərait yaradacaq. Beləliklə, Gürcüstan və Azərbaycanın bu dəhlizlərin formalaşması və modernizasiyasında fəal iştirakı yalnız iqtisadi fayda gətirməyəcək, həm də onların regional və qlobal iqtisadiyyatda strateji əhəmiyyətini artıracaq.

- Gürcüstan limanlarının (Poti, Batumi) Azərbaycanın nəqliyyat əməliyyatlarında rolunu necə giymətləndirirsiniz? Xəzər dənizində yerləşən Ələt limanının Gürcüstan üzərindən yük daşımalarında rolu nədən ibarətdir?

- Batumi limanı, Ələt limanı və regionda mövcud olan digər nəqliyyat qovşaqları tranzit daşımalarının təmin edilməsində mühüm rol oynayır. Onların sistematik modernizasiyası və buraxılış qabiliyyətinin artırılması Gürcüstan-Azərbaycan nəqliyyat dəhlizinin inkişafı, eləcə də marşrutun beynəlxalq tərəfdaşlar üçün cəlbediciliyinin yüksəldilməsi baxımından ən vacib məsələlərdən biridir. Gürcüstan və Azərbaycan arasında ikitərəfli əlaqələrin genişləndirilməsi, Avropa ilə Asiya arasında yük daşımalarının tranzit potensialının artırılması liman infrastrukturunun səmərəliliyindən asılıdır. Bu prosesdə həm mövcud limanlar, həm də yaxın illərdə reallaşdırıla biləcək perspektivli alternativ layihələr mühüm rol oynaya bilər.

Gürcüstanda xüsusilə Anakliya limanı layihəsi diqqət çəkir. Onun reallaşdırılması müəyyən vaxt tələb etsə də, bu dərin dəniz limanı perspektivdə Asiya və Avropa arasında yük daşımaları üçün əsas nəqliyyat qovşaqlarından birinə çevrilə bilər. Anakliya limanı yük dövriyyəsini əhəmiyyətli dərəcədə artırmağa, Gürcüstanın logistika imkanlarını yaxşılaşdırmağa və əlavə iş yerləri yaratmağa imkan verəcək.

- Nəqliyyat infrastrukturunun inkişafı üçün Gürcüstan və Azərbaycan hansı kompleks yanaşmanı tətbiq etməlidir ki, onların tranzit potensialı artsın?

- Nəqliyyat infrastrukturunun inkişafı yalnız dəniz limanları ilə məhdudlaşmamalıdır. Bütün nəqliyyat növlərinin – dəmir yolu, hava və avtomobil nəqliyyatının kompleks inkişafı vacibdir. Dəmir yollarının buraxılış qabiliyyətinin artırılması, hava daşımaları şəbəkəsinin genişləndirilməsi və quru marşrutlarının təkmilləşdirilməsi nəqliyyat sisteminin balanslı inkişafını təmin edəcək və regionu beynəlxalq yükdaşıyıcılar və investorlar üçün daha cəlbedici edəcək. Buna görə də əldə olunan nailiyyətlərlə kifayətlənmək olmaz. Yeni imkanların yaradılması, mövcud nəqliyyat qovşaqlarının modernizasiyası və müxtəlif nəqliyyat növlərinin vahid effektiv sistemə inteqrasiyası üzrə işləri davam etdirmək lazımdır. Yalnız kompleks yanaşma Gürcüstan və Azərbaycana öz tranzit potensialından tam istifadə etməyə, iqtisadi mövqelərini gücləndirməyə və beynəlxalq logistika şəbəkəsində strateji əhəmiyyətlərini artırmağa imkan verəcək.

- Regiondakı geosiyasi vəziyyət nəqliyyat layihələrinə necə təsir edir?

- Geosiyasət həmişə regionumuza ciddi təsir göstərib və bu gün də təsirini davam etdirir. Buna görə də yalnız mümkün riskləri qiymətləndirmək deyil, həm də açılan imkanlardan istifadə etmək son dərəcə vacibdir. Hazırda tranzit dəhlizimiz inkişaf üçün böyük potensiala malikdir və bu fürsətdən maksimum dərəcədə səmərəli istifadə olunmalıdır. Artıq bu marşruta tələbat mövcuddur və infrastrukturun, logistikanın və idarəetmə proseslərinin daha da təkmilləşdirilməsi onun mövqeyini xeyli gücləndirəcək, daha çox yük axını cəlb etməyə, yeni iş yerləri yaratmağa və ölkələrimizə investisiya axınını artırmağa imkan verəcək. Qara dəniz vasitəsilə sualtı elektrik kabelinin çəkilməsi layihəsi əlavə strateji əhəmiyyət kəsb edir. Bu layihə Gürcüstan və Azərbaycana Avropa İttifaqına elektrik enerjisi ixrac etmək imkanı yaradacaq ki, bu da yalnız maliyyə gəlirlərinin artmasına deyil, həm də regionun enerji sabitliyinin və təhlükəsizliyinin möhkəmlənməsinə səbəb olacaq.

Beləliklə, bu məsələdə siyasət, iqtisadiyyat və geosiyasət bir-biri ilə sıx bağlıdır. Ölkələrimizin inkişafına və beynəlxalq arenada mövqelərinin güclənməsinə yönəlmiş strateji qərarlar qəbul edərkən bu amillər nəzərə alınmalıdır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycanlı mühəndis və texniklər tərəfindən hazırlanmış "KASIRGA" dolanan sursatı ilk dəfə ictimaiyyətə təqdim olunur

Yunanıstanda 4 bal gücündə zəlzələ olub

Qeyri-neft sektoruna qoyulan investisiyalar daha geniş inklüzivlik yarada bilər - ŞƏRH

Rumıniya sərhədi yaxınlığında hava hədəfi aşkarlanıb, iki F-18 qırıcısı havaya qaldırılıb

Bərdədə baş vermiş ölüm faktı ilə bağlı cinayət işi başlanıb

Azərbaycan Alpinizm Federasiyasına yeni prezident seçilib

Böyük Qayıdış: Daha 19 ailə Xocalı və Ağdərəyə qayıdıb

TƏBİB: Həkim qəbuluna onlayn növbənin əldə edilməsi üçün ödəniş tələb olunmur

ABŞ 1 sentlik sikkənin istehsalını dayandırır

“flydubai” uçuş zamanı təyyarədə insident baş verdiyini təsdiqləyib

Xaçmazda məktəblini avtomobil vurub

Transxəzər boru kəməri layihəsi yenidən aktuallaşır

Baş Prokurorluq: 11 nəfərin zəhərlənməsi ilə bağlı araşdırma aparılır – YENİLƏNİB 2

Xatirə Hüseynova: “X nəslinə uzun mətn, Z nəslinə 30 saniyəlik video” yanaşması stereotipə çevrilir – ŞƏRH

Azərbaycan enerji ixracatçısından çoxfunksiyalı bağlantı mərkəzinə çevrilir - ŞƏRH

Professor: Arxeoloji tədqiqatlarda əsas meyar faktlardır

Qarabağda yeniyetmə və gənclərin avarçəkməyə marağı təlimlərlə artırılacaq VİDEO

Qarabağda yeniyetmə və gənclərin avarçəkməyə marağı təlimlərlə artırılacaq VİDEO

NİİM avtobus zolaqlarına daxil olan sürücülərə müraciət edib VİDEO

NİİM avtobus zolaqlarına daxil olan sürücülərə müraciət edib VİDEO

Hidayət Cəfərov: Ömrümün 56 ilini Qarabağın qədim abidələrinin öyrənilməsinə həsr etmişəm

Slovakiya ilə məxfi məlumatın mübadiləsi və qarşılıqlı mühafizəsi həyata keçiriləcək

"Birliyin Gücü – 2026” təlimində növbəti mərhələnin tapşırıqları uğurla yerinə yetirilib VİDEO

"Birliyin Gücü – 2026” təlimində növbəti mərhələnin tapşırıqları uğurla yerinə yetirilib VİDEO

Neft qiymətləri sentyabrı artımla tamamlamağa hazırlaşır

Monqolustanla hava əlaqəsi haqqında Saziş təsdiq edilib

Sabah bəzi yerlərdə yağış yağacaq

Şükürbəyli kəndində daha 9 ailəyə evlərinin açarları təqdim olunub YENİLƏNİB

Prezident İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış olub YENİLƏNƏCƏK

Parlament cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım haqqında İkinci Əlavə Protokolu təsdiqləyib

Formula 1 Azərbaycan Qran-Prisini 300-ə yaxın media nümayəndəsi işıqlandırıb

Milli Məclis Azərbaycan və İordaniya arasında imzalanan viza tələbindən azad edilmə barədə sazişi təsdiqləyib

Ekspert: Müəllim üçün süni intellekt köməkçisinin yaradılması tədrisə mühüm dəstək verə bilər

İki dövlət – bir səhnə, qardaş nəğmələri: İstanbulda Azərbaycan gecəsi

Fransanın məşhur klubu 1 avroya satılıb

Vergi Məcəlləsində startaplarla bağlı bəzi güzəştlər tətbiq olunacaq

Qızılın qiyməti sentyabrı itki ilə tamamlayır

Gövhər Baxşəliyeva: Hidayət Cəfərov öz təcrübəsini yeni nəsillərə ötürür

Rusiya “ADEX-2026” sərgisində 730 adda hərbi təyinatlı məhsul təqdim edir

Bakıda Xoca Əhməd Yəsəvinin irsinə həsr olunmuş beynəlxalq sərgi - “Mavi günbəzin sirri”

AQTA: 22 heyvan bazarı yenidən qurularaq istifadəyə verilib VİDEO

AQTA: 22 heyvan bazarı yenidən qurularaq istifadəyə verilib VİDEO

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Cəfərabad türbəsi

Şahmar Mövsümov: Qanun layihəsinin yenidən baxılmaq üçün Milli Məclisə qaytarılması onun müddəalarının təkmilləşdirilməsinə imkan yaradıb

Kərim Şükürov: Azərbaycan arxeologiyası yalnız regional deyil, dünya miqyasında da mühüm yer tutur

Çində robotlar arasında basketbol yarışı keçiriləcək

Bakı Ali Neft Məktəbinin tələbələri “TEXNOFEST” festivalında yeni uğurlar qazanmaq niyyətindədirlər

Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı elan edilmiş müsabiqə üzrə test imtahanı oktyabrın 9-da keçiriləcək

Növbəti köç karvanı Xocavənd şəhərinə çatıb

Böyük Britaniyanın müdafiə naziri ADEX-2026 sərgisində iştirak edir

Avqustda qlobal LNG ticarəti 8,8 faiz azalıb

Fransada alıcılıq qabiliyyəti kəskin zəifləyir

Ruhəngiz Heydərova: Hidayət Cəfərovun Azərbaycan arxeologiyasına töhfələri xüsusi əhəmiyyət daşıyır

Fərhad Quliyev: Hidayət Cəfərov Qarabağ arxeologiyasının tədqiqində mühüm xidmətlər göstərib

Almaniyada çirkli pulların yuyulmasında şübhəli bilinən şəbəkəyə qarşı əməliyyat keçirilir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 30 sentyabr

Azərbaycanın investisiya imkanları xarici investorların marağını artırır - ŞƏRH

Azərbaycanın süni intellekt sənayesi Qazaxıstandakı “AI&Digital Bridge 2026” forumunda təmsil olunacaq - ŞƏRH

Qlobal valyuta bazarında əsas amil aparıcı mərkəzi bankların faiz siyasətidir - ŞƏRH

Bolqarıstan klubunun rəhbər şəxslərindən biri Plovdivdə güllələnərək öldürülüb

Yasamalda qəza baş vermiş ərazidə su axıntısının qarşısı alınıb VİDEO

Yasamalda qəza baş vermiş ərazidə su axıntısının qarşısı alınıb VİDEO

Ötən ay 87 milyon manat məbləğində xəzinə qalığı müddətli depozitlərə yerləşdirilib

Azərbaycanlı tələbə Rusiya hökumətinin təqaüdünü qazanıb

Azərbaycanda Məhkəmə Ekspertizası Tədqiqat Metodlarının Dövlət Reyestri istifadəyə verilib

Ekspert: Kənd təsərrüfatının inkişafı ölkənin ərzaq təhlükəsizliyinin təmin olunmasına şərait yaradır

AzTU Azərbaycandan “THE” dünya reytinqinə daxil olan 5 universitetdən biridir

Azərbaycan mətbəxinin ənənəvi dadları Fransada: Bahar Ağamalovanın kulinariya yolu

DSMF fəaliyyətinin 34-cü ilini qeyd edir

Qarabağ: arxeoloji mədəniyyətlər qovşağında - beynəlxalq elmi konfrans

Dövlət Vergi Xidmətinin nümayəndələri beynəlxalq tədbirdə iştirak ediblər

GECF: Avqustda Yaxın Şərqdə təbii qaz və LNG istehsalı illik müqayisədə üçdəbir nisbətində azalıb

Qusarda şəhidlərin xatirəsi anılıb

Azərbaycanın 4 velosipedçisi Avropa çempionatında mübarizə aparacaq

İraq hökuməti ABŞ-nin rəhbərlik etdiyi beynəlxalq koalisiyanın missiyasının başa çatdığını elan edib

Səkkiz ayda icbari tibbi sığorta ilə 66 milyon xidmət göstərilib

Qaçırıldığı ehtimal edilən “Flydubai” təyyarəsi Səudiyyə Ərəbistanına enib - YENİLƏNİB

Sahibə Qafarova: 44 günlük Vətən müharibəsində qazanılan Qələbə mühüm tarixi nailiyyətdir

® Startaplar ölkəsi: “ICT Week Uzbekistan” forumunun Mərkəzi Asiyada texnologiya sektorunun inkişafı barədə göstərdikləri

Yaxın Şərqdə gərginliyin artması LNG axınları və qiymətlər üçün əlavə risklər yaradır - HESABAT

Kitab sərgisi, yeni nəşrlər və doktorantura - Elmi Şura

Məhkəmə-Hüquq Şurasının iclasında Hakimlərin Seçki Komitəsinin müraciətinə baxılıb

BDYPİ “Təmiz hava” aylığı ilə bağlı sürücülərə çağırış edib

Türkiyəli baş məşqçi: Azərbaycan gözəl dostluqlarımın və xatirələrimin olduğu ölkədir – MÜSAHİBƏ

AMEA-da rəqəmsal inkişaf: ilk dəfə Ədəbiyyat İnstitutunda yeni sistem tətbiq olunur

Milli Məclisin payız sessiyası işə başlayıb: müzakirəyə 16 məsələ çıxarılıb

AMEA ilə Pakistanın Şimal Universiteti arasında anlaşma memorandumu imzalanıb

DİN: Ötən gün 56 cinayətin açılması təmin olunub

Türkiyədə “TEKNOFEST - Cənub-Şərq” festivalı təşkil olunub

Lənkəranda çəltik biçini davam edir, məhsuldarlıq yüksəkdir VİDEO

Lənkəranda çəltik biçini davam edir, məhsuldarlıq yüksəkdir VİDEO

Ədəbiyyat İnstitutunun loqotipi yenilənib

Müdafiə naziri: Ordumuzun ən müasir silah sistemləri ilə təchizatına xüsusi əhəmiyyət veririk

Paris prokurorluğu 2027-ci il büdcəsi ilə bağlı mətbuata sızmaları araşdırır

Qırğızıstan IV MDB Oyunlarına ev sahibliyi edəcək

Bakıda “ADEX-2026” və “Securex Caspian” sərgiləri işə başlayıb – YENİLƏNİB

Azərbaycan nümayəndə heyəti İranda bir sıra mühüm rəsmi görüşlər keçirib

“Qlobal İnnovasiya İndeksi – 2026” dərc edilib

Yaxın Şərqdən neft axınları normal vəziyyətə qayıdır

“Zirə”nin legionerləri milli komandalarının heyətində fərqləniblər

Fərid Qayıbov: Formula 1 layihəsi Azərbaycanda qeyri-neft sektorunun inkişafına töhfədir

UNEC “THE WUR 2027” reytinqində ölkədə birincidir

İnvestisiya Forumu diqqəti iqtisadi əlaqələrin və təchizat zəncirlərinin yenidən formalaşmasına yönəltdi – ŞƏRH

Növbəti rəqəmsal SAT imtahanı oktyabrın 3-də təşkil olunacaq

“Kopernik”: Bu il dünya əhalisinin təxminən 40 faizi ozon çirklənməsinə məruz qalıb