Gürcüstanda COVID-19-a yoluxanların sayı 10 mini keçib
Tbilisi, 8 oktyabr, AZƏRTAC
Gürcüstanda koronavirusa yoluxma halları artır. Son sutka ərzində ölkədə daha 472 nəfərdə koronavirus təsdiqlənib.
AZƏRTAC xəbər verir ki, bu barədə məlumat Gürcüstan hökumətinin rəsmi stopgov.ge saytında yerləşdirilib.
Bildirilir ki, ölkədə COVID-19 virusuna yoluxanların ümumi sayı 10 min 225-ə çatıb. Onlardan 553-ü artıq müalicə olunub.
Pandemiya qurbanlarının sayı 3 fakt artaraq 66-ya çatıb.
Qeyd olunur ki, hazırda ölkədə 5574 nəfər karantində, 836 nəfər isə stasionarda həkim nəzarətində saxlanılır.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [20:15]
Rəcəb Tayyib Ərdoğan: Türk Dövlətləri Təşkilatı ildən-ilə güclənir
- 22.09.2026 [20:14]
Türkiyə Prezidenti: BMT Təhlükəsizlik Şurasında mütləq islahat aparılmalıdır
- 22.09.2026 [19:36]
BMT-nin Baş katibi: İqlim təhlükələri realdır, lakin ümid də var
- 22.09.2026 [19:17]