Gürcüstanda ilin idmançıları açıqlanıb, Çempionlar Liqasının qalibi mükafatçılar sırasına düşməyib
Bakı, 25 dekabr, AZƏRTAC
Gürcüstan Milli Olimpiya Komitəsi 2025-ci ilin ən yaxşı idmançılarının adlarını açıqlayıb.
AZƏRTAC yerli mətbuata istinadla xəbər verir ki, milli komandanın və Fransanın PSJ klubunun ulduz futbolçusu Xviça Kvaratsxeliya qaliblər sırasına düşə bilməyib. Ötən il Paris təmsilçisi ilə UEFA Çempionlar Liqasının qalibi olan yarımmüdafiəçinin mükafatçılar arasında göstərilməməsi birmənalı qarşılanmayıb.
Gürcüstanda ilin kişi və qadın idmançıları adına, müvafiq olaraq, qılıncoynatmanın sablya növü üzrə yığmanın üzvü Sandro Bazadze və qadın cüdoçu Etar Liparteliani layiq görülüblər. Bazadze karyerası ərzində ilk dəfə dünya çempionu olub. Liparteliani isə Gürcüstana dünya çempionatında qızıl medal qazandıran ilk qadın cüdoçu kimi tarixə düşüb.
Komanda idman növlərində ölkənin ən yaxşısı isə basketbol üzrə Gürcüstan millisinin kapitanı Tornike Şengeliya seçilib. Yığma bu il keçirilən Avropa çempionatında 1/4 finala yüksəlməklə tarixi uğura imza atıb. Gürcüstan seçməsi turnirdə İspaniya və Fransa kimi güclü komandaları məğlub edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.09.2026 [17:25]
Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib
- 27.09.2026 [16:05]
Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb
- 27.09.2026 [14:00]
FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir
- 27.09.2026 [11:02]
Mahir Məmmədov üçüncü dəfə FIDE-nin vitse-prezidenti seçilib
- 27.09.2026 [08:00]
Azərbaycan yığması UEFA Millətlər Liqasında mübarizəyə başlayır
- 26.09.2026 [22:14]
“Neftçi” İdman Klubu Anım Gününə həsr olunmuş cüdo turniri təşkil edib
- 26.09.2026 [22:00]