Gürcüstanda koronavirusa yoluxanların və bu virusdan ölənlərin sayı artır
Tbilisi, 9 oktyabr, AZƏRTAC
Gürcüstanda son sutkada koronavirusa yoluxanların və bu virusdan ölənlərin sayı artır. Son 24 saat ərzində ölkədə daha 527 nəfərdə koronavirus təsdiqlənib.
Daha 6 nəfər pandemiyanın qurbanı olub.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi stopgov.ge saytında məlumat yerləşdirilib.
Bildirilir ki, bununla da ölkədə COVID-19-a yoluxanların ümumi sayı 10 min 752-yə, virusdan ölənlərin sayı isə 72-yə çatıb.
Hazırda Gürcüstanda 5574 nəfər karantində, 836 nəfər isə stasionarda saxlanılır.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [19:17]
İran Prezidentinin təyyarəsi Əlcəzairdə texniki eniş edib
- 22.09.2026 [19:15]
ABŞ Prezidenti: Ukrayna müharibəsi düşündüyümüzdən daha tez başa çatacaq
- 22.09.2026 [19:06]
Tramp: ABŞ və Venesuela dünya neftinin 60 faizindən çoxuna sahibdir
- 22.09.2026 [18:49]
Tramp: Amerika geri qayıdıb və əvvəlkindən daha güclüdür
- 22.09.2026 [18:33]