Gürcüstanda koronavirusun ikinci dalğası başlayıb
Tbilisi, 14 oktyabr, AZƏRTAC
Gürcüstanda epidemioloji vəziyyət gərginləşib, ikinci dalğa başlayır.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri, baş epidemioloq Amiran Qamkrelidze məlumat verib.
Onun sözlərinə görə, ikinci dalğa say baxımından daha güclü, ağırlıq baxımından isə nisbətən yüngüldür.
Baş epidemioloq deyib ki, Gürcüstan daxilində yayılma intensiv xarakter alıb. Buna baxmayaraq, ölkədə genişmiqyaslı məhdudlaşdırıcı tədbirlər olmayacaq. Yalnız lokal məhdudiyyətlərin tətbiqi planlaşdırılır.
Bununla belə A.Qamkrelidze vətəndaşlara müraciət edərək koronavirusun yayılmasının qarşısını almaq üçün geniş toplantılardan, o cümlədən toylardan uzaq durmağa çağırıb.
“Xahiş edirəm böyük toplantılardan çəkinin, bir müddət - bir il boyunca toylardan və böyük məclislərdən uzaq durun”,- deyə, baş epidemioloq vurğulayıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [15:34]
Aİ-nin neft idxalının dəyəri ikinci rübdə 56 faizədək artıb
- 22.09.2026 [15:32]
Başqırdıstanda ticarət mərkəzində yanğın zamanı üç nəfər ölüb
- 22.09.2026 [14:58]
Gitanas Nauseda: ABŞ qoşunlarının yeni kontingenti artıq Litvaya yola düşür
- 22.09.2026 [14:48]
Türkiyədə məktəbdə baş verən silahlı insidentlə bağlı yayım qadağan olunub
- 22.09.2026 [14:14]