Gürcüstanda yerli özünüidarəetmə orqanlarına seçkilər keçirilir
Tbilisi, 4 oktyabr, AZƏRTAC
Bu gün Gürcüstanda yerli seçkilər keçirilir. Səhər saat 8-də ölkə üzrə bütün seçki məntəqələri səsvermə üçün açılıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan Mərkəzi Seçki Komissiyasının sədri Giorgi Kaladarişvili məlumat verib. Vətəndaşlar 64 bələdiyyə şurasının 2058 üzvünü və 64 merini seçəcək. Onun sözlərinə görə, ölkə üzrə 3061 seçki məntəqəsi açılıb, onlardan 2284-ü elektron, 777-si isə ənənəvi keçiriləcək.
Seçicilərin ümumi sayı 3 milyon 513 min 818 nəfərdir.
Seçki prosesini 28 beynəlxalq və 27 yerli təşkilatdan olan müşahidəçilər, eləcə də 73 media orqanının minə yaxın nümayəndəsi izləyəcək.
Səsvermə saat 20:00-da başa çatacaq.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.10.2026 [20:18]
Kiyevdə Dnepr çayı üzərində su keçidləri salınacaq
- 27.10.2026 [19:17]
Böyük Britaniyada minimum əməkhaqqı təxminən 4 faiz artırılacaq
- 27.10.2026 [18:58]
Almaniya Kansleri Asiya ilə ticarət əlaqələrini genişləndirmək istəyir
- 27.10.2026 [18:51]
Rusiya Kameruna və Konqoya informasiya müdaxiləsində ittiham edilir
- 27.10.2026 [18:35]
“Vnukovo” hava limanında uçuşlar müvəqqəti dayandırılıb
- 27.10.2026 [17:58]
Nigeriyada silahlı hücum nəticəsində 62 nəfər ölüb
- 27.10.2026 [17:57]