Gürcüstanın daha bir müxalifət partiyası seçkilərdə iştirak edəcək
Tbilisi, 14 iyul, AZƏRTAC
Gürcüstanın daha bir müxalifət partiyası oktyabrın 4-də yerli şəhər merlərinə və özünüidarəetmə orqanlarına keçiriləcək seçkilərdə iştirak edəcəyini açıqlayıb.
AZƏRTAC xəbər verir ki, “Qaxaria Gürcüstan naminə” və "Lelo – Güclü Gürcüstan" partiyaları yerli özünüidarəetmə orqanlarına keçiriləcək seçkilərlə bağlı əməkdaşlıq barədə razılığa gəlib. İyulun 14-də partiyalar arasında əməkdaşlığa dair memorandum imzalanıb.
Sənədi “Qaxaria Gürcüstan naminə” partiyasının icraçı katibi Berdia Siçinava və "Lelo – Güclü Gürcüstan" partiyasının baş katibi İrakli Kupradze imzalayıblar.
Berdia Siçinavanın sözlərinə görə, partiyalar yerli özünüidarəetmə orqanlarına keçiriləcək seçkilərdə birgə mübarizə aparmaq və ortaq prinsiplər məsələsində razılığa gəlib.
Qeyd edək ki, Tbilisi Şəhər Məhkəməsinin qərarı ilə “Güclü Gürcüstan” partiyasının liderləri Mamuka Xazaradze və Badri Caparidze 8 ay müddətinə azadlıqdan məhrum olunublar.
Gürcüstan Prezidenti Mixail Kavelaşvili bildirib ki, həbsdə olan siyasətçilər əfv olunmalarını istəsələr və oktyabrın 4-də keçiriləcək bələdiyyə seçkilərinə qatılacaqlarını bəyan etsələr, onların barəsində amnistiya aktı imzalayacaq.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [15:53]
Mərakeş Kralı ölkənin ilk qadın Baş nazirini təyin edib
- 30.09.2026 [15:39]
Türkiyənin 124 universiteti dünya reytinq sıralamasında yer alıb
- 30.09.2026 [14:49]
Britaniya təşkilatı: Hörmüz boğazında neft tankeri vurulub
- 30.09.2026 [14:39]
Rusiyanın iki hava limanında uçuş məhdudiyyətləri aradan qaldırılıb
- 30.09.2026 [14:20]
Sentyabrın 30-u Beynəlxalq Tərcüməçilər Günüdür
- 30.09.2026 [14:19]
Bu ilin 9 ayında Gürcüstandan 3 mindən çox əcnəbi deportasiya olunub
- 30.09.2026 [14:16]
İspaniya təbii qaz qiymətində artımları məhdudlaşdırıb
- 30.09.2026 [13:58]