Gürcüstanın Milli Olimpiya Komitəsi Olimpiya Oyunlarına seçmə xarakterli bir sıra yarışları təxirə salıb
Tbilisi, 13 mart, AZƏRTAC
Gürcüstanın Milli Olimpiya Komitəsi (MOK) Olimpiya Oyunlarına seçmə xarakteri daşıyan bir sıra yarışları təxirə salıb.
MOK-un prezidenti Leri Xabelov AZƏRTAC-a bildirib ki, bu qərar koronavirusun yayılmasının qarşısını almaq və əhalinin təhlükəsizliyini qorumaq məqsədilə qəbul olunub. Bildirib ki, mart ayında keçirilməsi nəzərdə tutulan güləş, ağır atletika, cüdo və su polosu üzrə beynəlxalq yarışlar ləğv edilib.
Komitə müvafiq beynəlxalq idman federasiyaları ilə birgə yarışların yeni cədvəlini müəyyən edəcək.
MOK Gürcüstan idmançılarına müraciət edərək onları Tokio Olimpiya Oyunlarına hazırlaşmağa çağırıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [14:09]
İsveçdə işsizlik səviyyəsi azalıb
- 15.10.2026 [14:03]
Ukrayna ordusu altı bombardmançı təyyarəni məhv edib
- 15.10.2026 [13:56]
Türkiyənin Konstitusiya Məhkəməsi 26 siyasi partiyadan şikayətlər verəcək
- 15.10.2026 [13:50]
Alimlər 2100-cü ilədək bəşəriyyət üçün ən böyük 17 təhlükəni açıqlayıblar
- 15.10.2026 [13:05]
Eritreya vətəndaşlarının Böyük Britaniyaya girişi qadağan edilə bilər
- 15.10.2026 [12:42]