GÜRCÜSTANIN TÜRKİYƏ İLƏ SARP GÖMRÜK-BURAXILIŞ MƏNTƏQƏSİNDƏ GEDİŞ-GƏLİŞ SADƏLƏŞDİRİLMİŞDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Gürcüstanla Türkiyə arasında Sarp gömrük-buraxılış məntəqəsində artıq “yaşıl dəhliz” açılmışdır. Burada müvafiq kompüter texnikası quraşdırılmış, “deklarasiya olunmur”, “yaşıl” və “deklarasiya olunur”, “qırmızı” dəhlizlər qaydaya salınmışdır. “Yaşıl dəhliz”dən istifadə etmək seçimi sərnişinlərin özlərinə məxsusdur. “Yaşıl dəhliz”in rentgen aparatı otağında kompüter vasitəsilə sərnişinin yükü yoxlanılır. Burada gürcü, ingilis və türk dillərində Gürcüstan qanunvericiliyi üzrə gömrük haqqı ödəmədən hansı növdə və miqdarda mal, əşya gətirmək hüququ barədə informasiya verilir.
Sarp gömrük-buraxılış məntəqəsini modernləşdirməklə pasport və gömrük nəzarəti zonaları da müasirləşdirilmişdir.
Gürcüstanda “yaşıl dəhliz” prinsipi indiyədək yalnız Tbilisi Beynəlxalq aeroportunun uçuş salonunda fəaliyyət göstərirdi.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [22:16]
ABŞ rəsmiləri və İran nümayəndə heyəti arasında görüş olub
- 22.09.2026 [20:15]
Rəcəb Tayyib Ərdoğan: Türk Dövlətləri Təşkilatı ildən-ilə güclənir
- 22.09.2026 [20:14]
Türkiyə Prezidenti: BMT Təhlükəsizlik Şurasında mütləq islahat aparılmalıdır
- 22.09.2026 [19:36]