Gürcüstanın yeni daxili işlər naziri təyin olunub - YENİLƏNİB
Tbilisi, 28 may, AZƏRTAC
Gürcüstan hökumətinin tərkibində yeni dəyişiklik edilib. Ölkənin yeni daxili işlər naziri təyin olunub.
AZƏRTAC xəbər verir ki, Baş nazir İrakli Kobaxidze bu vəzifəyə Gela Geladzeni təyin edib.
Baş naziri bu gün keçirdiyi brifinqdə deyib ki, Gela Geladze indiyədək Dövlət Təhlükəsizliyi Xidmətində rəis müavini vəzifəsində çalışıb. O, bu postda istefa vermiş Vaxtanq Qomelaurini əvəzləyəcək.
11:46
Gürcüstanın daxili işlər naziri Vaxtanq Qomelauri mayın 28-də vəzifəsindən istefa verib.
AZƏRTAC xəbər verir ki, bu barədə V.Qomelauri özü keçirdiyi brifinqdə bildirib.
İstefanın səbəbləri barədə hələlik məlumat yoxdur.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [13:58]
Yunanıstanda 4 bal gücündə zəlzələ olub
- 30.09.2026 [13:35]
ABŞ 1 sentlik sikkənin istehsalını dayandırır
- 30.09.2026 [13:33]
“flydubai” uçuş zamanı təyyarədə insident baş verdiyini təsdiqləyib
- 30.09.2026 [12:33]
Çində robotlar arasında basketbol yarışı keçiriləcək
- 30.09.2026 [12:06]