GÜRCÜSTANIN YENİ İQTİSADİYYAT NAZİRİNİN FİKRİNCƏ, VİCDAN VƏ NAMUSDAN BAŞQA HƏR ŞEYİ SATMAQ OLAR
Prezident hazırda sayı təkcə Rusiyada 800 min nəfər təşkil edən həmvətənlərini Gürcüstanın dirçəldilməsində iştirak etməyə çağırır.
Gürcüstanın yeni iqtisadiyyat naziri Kaxa Bendukidze bu çağırışa ilkin səs verdiyindən məmnunluq duyduğunu bildirir və deyir ki, biz Gürcüstanda o islahatları həyata keçirmək niyyətindəyik ki, ölkənin iqtisadiyyatı ayağa dursun, xalqın rifahı yaxşılaşsın. Lakin bu, bir-iki günlük iş deyil, 10 ildən sonra dinamik inkişaf edən iqtisadi sistem yaratmağa imkan yaradacaq islahatlardır. Yeni iqtisadiyyat nazirinin fikrincə, “vicdan və namusdan başqa hər şey satılmalıdır. Gürcüstanda vergi liberallaşdırılmalı, digər ölkələrlə müqayisədə biznes üçün daha yaxşı şərait yaradılmalıdır ki, biz özgələrindən fərqlənək”.