HAAQA BEYNƏLXALQ TRİBUNALINDA HƏRBİ CİNAYƏTLƏR ÜZRƏ MƏHKƏMƏ YARATMAQ VACİBDİR
Məlumdur ki, həlli uzun zaman tələb edən böyük və kiçik problemlər arasında ən başlıcası həm Ermənistanda, həm də Azərbaycan ərazisi olan Dağlıq Qarabağda və ətraf rayonlarda doğma yurdlarından qovulan azərbaycanlılara qarşı törədilən hərbi cinayətləri dünya birliyinin inadla görmək istəməməsidir.
Təəssüf ki, qaçqınların statusunun müəyyənləşdirilməsi prosedurlarının və meyarlarının göstərildiyi sənədlərin – Qaçqının statusu haqqında 1951-ci il Konvensiyası və Qaçqınların statusu haqqında 1967-ci il Protokolu kifayət deyildir, çünki onların öz həddi var. Hazırda keçmiş və gələcək problemlərin həllini təmin edən real, daha təsirli və səmərəli yanaşma zəruridir.
İctimai birliyin rəhbəri Tatyana Çaladze AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, BMT-yə müraciət olunduqdan və məsləhətləşmələr aparıldıqdan sonra insanlığa qarşı cinayətlər törədildiyini sübut edən sənədlərə baxılacağı barədə müsbət cavab alınmışdır.