Hacıqabulda ölümlə nəticələnən yol qəzası baş verib
Hacıqabul, 1 dekabr, Mahir Babayev, AZƏRTAC
Hacıqabulda bir nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə Bakı-Qazax magistral avtomobil yolunun 80-ci kilometrliyində rayonun Atbulaq kəndi ərazisində qeydə alınıb.
1947-ci il təvəllüdlü Elbrus Bəylərovun idarə etdiyi "KIA" markalı avtomobil yoldan çıxaraq dəmir dirəyə çırpılıb. Hadisə zamanı avtomobildə olan sürücünün həyat yoldaşı, 1956-cı il təvəllüdlü Sima Bəylərova ölüb.
Faktla bağlı araşdırma aparılır