Hakan Yavuz: Yeni formalaşacaq parlament Azərbaycanın inkişafına təkan verəcək
Bakı, 8 fevral, AZƏRTAC
Azərbaycanda seçkilərin sağlam, ədalətli şəkildə keçəcəyinə əminəm. Təbliğat kampaniyasında namizədlərin media vasitələrindən, internet resurslarından səmərəli yararlanması müsbət haldır.
AZƏRTAC xəbər verir ki, bu fikirləri secki-2020.az saytına açıqlamasında ABŞ-ın Yutah Universitetinin professoru, politoloq Hakan Yavuz bildirib.
H.Yavuz qeyd edib ki, Azərbaycan sürətlə inkişaf edən ölkədir: “Hesab edirəm ki, yeni formalaşacaq parlament Azərbaycanın inkişafına təkan verəcək”.
“Azərbaycan regionun ən güclü ölkəsidir. Bunu qoruyub saxlamaq, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normalarına uyğun, ədalətli həllinə nail olmaq qarşıda duran ən vacib məsələlərdən biridir”, - deyə politoloq vurğulayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [17:29]
Milli maraqların qorunması üçün əsas şərt: güclü dövlət modeli - TƏHLİL
- 06.10.2026 [12:01]