Hakerlər bir neçə ölkədə 150 min müşahidə kamerasına giriş əldə edib
Bakı, 10 mart, AZƏRTAC
Hakerlər bir neçə ölkədəki xəstəxanalarda, polis məntəqələrində və bəzi kompaniyalarda quraşdırılan 150 min video-müşahidə kamerasına giriş əldə ediblər.
AZƏRTAC Bloomberg News agentliyinə istinadla xəbər verir ki, hakerlərin fəaliyyəti “Verkada” kompaniyasının quraşdırdığı və internet vasitəsilə idarə olunan kameraları əhatə edib.
Kiberhücumların videomüşahidə sistemlərini çox asanlıqla “sındırmağın” mümkünlüyünü sübut etmək üçün beynəlxalq haker qrupu tərəfindən təşkil olunduğu bildirilir.
Hakerlər “Tesla” kompaniyasının Şanxaydakı zavod və anbarlarında quraşdırılan 222 videokameranın kadrlarını ələ keçirib, həmçinin “Cloudfare” proqram təminatı şirkətinin ABŞ və Böyük Britaniyadakı videokameralarına, həmçinin bir neçə xəstəxana, məktəb, həbsxana və polis məntəqələrindəki müşahidə kameralarına daxil olub.
İnsidentdən sonra “Verkada” kompaniyası müşahidə kameralarına icazəsiz girişin qarşısını almaq məqsədilə bütün daxili administrator hesablarının söndürüldüyünü, hadisə ilə bağlı təhqiqatın başlandığını bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [20:02]
Londondakı hökumət binasında gizli kamera aşkarlanıb
- 09.06.2026 [19:10]
Çin süni intellektə 255 milyard avro sərmayə yatırmağı planlaşdırır
- 09.06.2026 [18:42]
Yaponiyada icazəsiz tikilən məscidin sökülməsinə dair qərar verilib
- 09.06.2026 [17:56]
Almaniyada siyasi motivli cinayətlərin sayı ən yüksək səviyyəyə çatıb
- 09.06.2026 [17:26]
ABŞ Federal məhkəməsi H-1B vizaları üçün yüz min dollarlıq rüsumu ləğv edib
- 09.06.2026 [17:22]