“HAKİMİYYƏT YÜKÜ. HEYDƏR ƏLİYEV” SƏNƏDLİ FİLMİ KAZANDA BEYNƏLXALQ KİNO FESTİVALINDA GÖSTƏRİLƏCƏK
O demişdir ki, münsiflər heyətinə misirli kinoulduz Fayza Kamal da daxildir. Fayza xanım bir çox filmlərdə çəkilmiş və ərəb ölkələrində olduqca populyardır.
Onlardan əlavə, “Qızıl minbər” heykəlciyinin sahiblərini italyan rejissoru və operatoru Menotti Buçço, britaniyalı sənədli filmlər rejissoru Ovidio Salazar, İranın “Əl-Aləm” peyktelekanalının baş direktoru Hüseyn Razi, rusiyalı kinorejissor Vadim Abdaraşitov və bir sıra ekspertlər müəyyən edəcəklər.
Mamirqov bildirmişdir ki, festivalın müsabiqə proqramına 16 ölkənin 14 bədii, 16 sənədli və 5 cizgi filmi daxildir. 30-dək lent isə müsabiqədənkənar göstəriləcəkdir.
Forumun bağlanışında rusiyalı rejissor Andrey Konçalovskinin çəkdiyi “Hakimiyyət yükü. Heydər Əliyev” sənədli filminin də göstəriləcəyi nəzərdə tutulmuşdur.
Festivalda təkcə müsəlmanlar deyil, xristianlar və başqa dinlərin nümayəndələri, dinə inanmayanlar da iştirak edəcəklər. Bu il festival “Dini dözümlülük və siyasi nəzakətlik” devizi ilə keçiriləcəkdir.
Festivalın baş direktoru demişdir: “Bu, “İsa divanəliyi”, “Da Vinçinin kodu” filmləri, Məhəmməd Peyğəmbərə karikaturlarla bağlı bütün dünyanı bürüyən rüsvayçılıqdan sonra çox aktualdır. Gənclərin zorakılıqlara, dəhşətlərə, pornoqrafiya və erotikaya geniş yer verilən filmlərdən ibarət almasını heç də hamı istəmir”.
Festivalın təsisçi və təşkilatçıları Rusiya Müftilər Şurası, Rusiya Mədəniyyət Fondu, Rusiya Federal Mədəniyyət və Kinematoqrafiya Agentliyi, MDB və Baltiya Kinematoqrafçılar İttifaqları Konfederasiyası, Rusiya İslam Mədəniyyəti Mərkəzi, Tatarıstan Mədəniyyət Nazirliyi və Kazan meriyasıdır.
Xatırladaq ki, “Qızıl minbər” birinci Beynəlxalq müsəlman kinosu festivalı 2005-ci ilin sentyabrında keçirilmişdir. Festivalın birinci mükafatı “Müsəlman” filminə görə rejissor Vladimir Xotinenkoya (Rusiya) təqdim edilmişdir. Baş mükafata Oqtay Mirqasımovun (Azərbaycan) “Cadugər” filmi layiq görülmüşdür. Britaniyalı Ovidio Salazarın XII əsr filosofu Əl-Qəzali haqqında çəkdiyi “Səadət kimyagəri” filmi “İslam çağırışı işinə töhfəyə görə” xüsusi mükafatla qeyd olunmuşdur.