Halal standartlaşdırma sahəsində təcrübə mübadiləsinin gücləndirilməsi məsələləri nəzərdən keçirilib
Bakı, 3 iyul, AZƏRTAC
Azərbaycan Standartlaşdırma İnstitutunda (AZSTAND) İslam Ölkələri Standartlar və Metrologiya İnstitutunun (SMIIC) Baş katibi İhsan Övütlə görüş keçirilib.
AZSTAND-dan AZƏRTAC-a bildirilib ki, görüş zamanı AZSTAND ilə SMIIC arasında standartlaşdırma sahəsində əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub.
Tərəflər SMIIC-in texniki komitələrinin fəaliyyətində Azərbaycan tərəfinin iştirakının genişləndirilməsi, standartların hazırlanması prosesinə töhfələrin artırılması, eləcə də qarşılıqlı maraq doğuran sahələrdə birgə təşəbbüslərin həyata keçirilməsi imkanları ətrafında fikir mübadiləsi aparıblar.
Görüşdə, həmçinin halal standartlaşdırma və sertifikatlaşdırma sahəsində təcrübə mübadiləsinin gücləndirilməsi, bu istiqamətdə qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi, ekspert potensialının inkişafı, təlim və seminarların təşkili, texniki bilik və təcrübə paylaşımı məsələləri nəzərdən keçirilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.07.2026 [17:38]
Paytaxtda 3 marşrutun hərəkət istiqaməti müvəqqəti dəyişdirilir
- 03.07.2026 [16:22]
Azərbaycandan Türkiyəyə ixracın dəyəri 1,39 milyard dollar olub
- 03.07.2026 [15:56]
® “Nar” Gəncədə tələbələr üçün marketinq və karyera təlimləri təşkil edib
- 03.07.2026 [15:51]