Harri Keyn Bundesliqada ayın futbolçusu seçilib
Berlin, 8 yanvar, AZƏRTAC
“Bavariya” klubunun ingiltərəli hücumçusu Harri Keyn Bundesliqada dekabr ayının ən yaxşı futbolçusu seçilib.
AZƏRTAC xəbər verir ki, təcrübəli bombardir bu siyahıda komanda yoldaşları Maykl Olise və Yosip Stanişiçi, eləcə də Kristofer Baumqartner, Patrik Vimmer və Yan Diomandeni qabaqlayıb. Bu, Keynin cari mövsümdə qazandığı ikinci fərdi mükafatdır. O, sentyabrda da bu ada layiq görülüb.
Harri Keyn ilin sonunda yüksək məhsuldarlıq nümayiş etdirərək dekabrda keçirilən üç oyunda beş qol vurub. O, qapılara 18 zərbə endirib ki, bu da mövsüm ərzində ən yüksək göstəricidir. Hücumçu həmin oyunların birində - 13-cü turda “Ştutqart” ilə qarşılaşmada meydana sonradan daxil olsa da, het-trik etməyi bacarıb.
İngilis forvard, həmçinin “Bavariya”nın heyətində həm qol vurub, həm də məhsuldar ötürmə etdiyi oyunların sayını 100-ə çatdıraraq, bu göstəriciyə ən tez nail olan futbolçu kimi Bundesliqanın tarixinə düşüb.
Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.09.2026 [17:25]
Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib
- 27.09.2026 [16:05]
Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb
- 27.09.2026 [14:00]
FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir
- 27.09.2026 [11:02]
Mahir Məmmədov üçüncü dəfə FIDE-nin vitse-prezidenti seçilib
- 27.09.2026 [08:00]
Azərbaycan yığması UEFA Millətlər Liqasında mübarizəyə başlayır
- 26.09.2026 [22:14]
“Neftçi” İdman Klubu Anım Gününə həsr olunmuş cüdo turniri təşkil edib
- 26.09.2026 [22:00]