HASİLAT VƏ TƏHVİL PROQNOZLARI ARTIQLAMASI İLƏ YERİNƏ YETİRİLMİŞDİR
Azərbaycan Dövlət Neft Şirkətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, cari ilin yanvar–aprel aylarında şirkətin “Azneft” İstehsalat Birliyinin neft-qazçıxarma idarələri və birgə müəssisələr, Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin (ABƏŞ) müvafiq strukturları tərəfindən respublikanın dəniz və qurudakı yataqlarından 2 milyon 970,2 min ton (102,7 faiz) xam neft, 1 milyard 674,9 milyon kubmetr (104,9 faiz) təbii qaz hasil edilmişdir.
Bu müddətdə həmin qurumlar neft emalı zavodlarına 2 milyon 918,4 min ton (102 faiz) neft, “Azəriqaz” Qapalı Səhmdar Cəmiyyətinə və Azərbaycan qaz emalı zavoduna isə 1 milyard 429,4 milyon kubmetr təbii qaz təhvil vermişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [17:57]
Azərbaycanda makaron məmulatlarının istehsal həcmi açıqlanıb
- 01.10.2026 [17:39]
Azərbaycandan Lüksemburqa ixracın dəyəri 306 dəfə artıb – QRAFİK
- 01.10.2026 [17:26]