İQTİSADİYYAT
Hava şəraiti ilə əlaqədar avtomobil yollarındakı vəziyyət açıqlanıb
Bakı, 19 yanvar, AZƏRTAC
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) yanvarın 19-na saat 10:00-a hava şəraiti ilə əlaqədar respublikanın avtomobil yollarının vəziyyəti haqqında məlumat yayıb.
Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, sözügedən müddətdə Zəfər yolunda yağıntı yoxdur, 9-13 dərəcə şaxta var. Yolda buzlaşmaya qarşı müvafiq tədbirlər görülüb və nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.
Toğanalı-Kəlbəcər-İstisu yolunda yağıntı yoxdur, Toğanalı kəndi ərazisində 13-15 dərəcə, Murovdağ yüksəkliyində 19-22 dərəcə şaxta var. Şinləri zəncirlənmiş nəqliyyat vasitələrinin hərəkəti təmin edilib.
Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yolunda yağıntı yoxdur, Xınalıq ərazisində 8 dərəcə şaxta var. Yollarda nəqliyyat vasitələrinin normal və təhlükəsiz hərəkətinin təmin olunması məqsədilə müvafiq tədbirlər görülüb.
Giləzi-Xızı yolunda hazırda yağıntı yoxdur, 4-5 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
Bakı-Qobustan yolunda yağıntı yoxdur, Qobustan rayonu ərazisində 3-4 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin edilib.
Qobustan-Şamaxı-Muğanlı yolunda yağıntı yoxdur, Şamaxı rayonu ərazisində 2-3 dərəcə şaxta var, yolda nəqliyyat vasitələrinin hərəkət təmin olunub.
Muğanlı-Ağsu-Yevlax yolunda yağıntı yoxdur, Muğanlı ərazisində 3-4 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin edilib.
Muğanlı-İsmayıllı yolunda yağıntı yoxdur, 4-5 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.
İsmayıllı-Qəbələ-Oğuz-Şəki yolunda yağıntı yoxdur, İsmayıllı və Qəbələ rayonları ərazisində 4-5 dərəcə, Oğuz və Şəki rayonları ərazisində 2-3 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
Şəki-Qax-Zaqatala yolunda yağıntı yoxdur, Qax rayonu ərazisində 4-5 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin edilib.
Yevlax-Şəki (Göybulaq) yolunda yağıntı yoxdur, yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.
Şəmkir-Gədəbəy yolunda-Gədəbəy rayonu ərazisində qar yağır, 8-10 dərəcə şaxta var. Şəmkir rayonu ərazisində yağıntı yoxdur, 7-8 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.
Gəncə-Daşkəsən-Xoşbulaq yolunda yağıntı yoxdur, Daşkəsən rayonu ərazisində 10 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin edilib.
Ələt-Astara yolunda marşrut boyu yağıntı yoxdur, yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
Masallı-Yardımlı yolunda yağıntı yoxdur, Yardımlı rayonu ərazisində 3-4 dərəcə şaxta var. Yolda hərəkət təmin edilib.
Lənkəran-Lerik yolunda yağıntı yoxdur, Lerik rayonu ərazisində 5-6 dərəcə şaxta, güclü külək var. Yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.
Bakı-Ələt-Hacıqabul-Ucar-Yevlax-Gəncə-Qazax-Gürcüstan ilə dövlət sərhədi yolunda yağıntı yoxdur, yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin edilib.
Hacıqabul-Bəhramtəpə-Horadiz yolunda yağıntı yoxdur, yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.