“HƏMKARLAR İTTİFAQI VƏ GƏNCLƏR” MÖZUSUNDA ELMİ-PRAKTİK KONFRANS KEÇİRİLMİŞDİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, konfransda Komitənin sədri Cəmilə Səttarova məruzə etmişdir. Natiq 1993-cü ildən başlayaraq gənclərin hərtərəfli inkişafını, cəmiyyətdə fəal iştirakını təmin etmək məqsədilə dövlətimizin həyata keçirdiyi tədbirləri yüksək qiymətləndirərək bildirmişdir ki, bu tədbirlər gənclərlə bağlı geniş bir sahəni - onların təhsili, tərbiyəsi, sağlamlığı, intellektual və mənəvi inkişafı, asudə vaxtının təşkili, hüquqlarının müdafiəsi, respublikamızın icimai-siyasi həyatında iştirakı və sair məsələləri əhatə etmişdir.
Məruzədə dövlətimizin gənclər siyasətinin uğurla həyata keçirilməsində Azərbaycan həmkarlar ittifaqlarının, o cümlədən Mədəniyyət İşçiləri Müstəqil Həmkarlar İttifaqının qarşısında duran vəzifələr barədə ətraflı söhbət açılmışdır.
Çıxışlarda müzakirə olunan məsələ ilə əlaqədar mövcud problemlərdən, çətinliklərdən, onların aradan qaldırılması yollarından bəhs edilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [18:53]
Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub
- 29.09.2026 [16:31]
Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub
- 28.09.2026 [21:15]