HƏMKARLAR İTTİFAQLARI YENİLƏŞMƏ YOLUNDA
Azərbaycan Toxuculuq və Yüngül Sənaye İşçiləri Azad Həmkarlar İttifaqı Komitəsinin növbəti hesabat-seçki konfransı keçirilmişdir.
Hesabat məruzəsində və çıxışlarda demokratik cəmiyyət quruculuğu və bazar iqtisadiyyatı şəraitində həmkarlar ittifaqlarının qarşısında duran vəzifələr geniş müzakirə olunmuşdur. Konfransda ölkəmizdə iqtisadi islahatların ardıcıl həyata keçirilməsinə, toxuculuq və yüngül sənaye müəssisələrinin yeni şəraitdə fəaliyyətini uğurla davam etdirməsinə sahə həmkarlar ittifaqı təşkilatlarının köməyini artırmaq barədə işgüzar söhbət getmişdir.
Konfransda Həmkarlar İttifaqı Komitəsinin yeni rəhbər heyəti və respublika Həmkarlar İttifaqları Konfederasiyasının qarşıdakı qurultayına nümayəndələr müəyyən edilmişdir. Azərbaycanın tanınmış əmək adamı, Sosialist Əməyi Qəhrəmanı Yaqub Rüstəmov yenidən komitənin sədri seçilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [18:50]
Azərbaycanın innovasiya və startap ekosistemi Daşkənddə təqdim olunacaq
- 22.09.2026 [18:22]
Azərbaycanda xalça istehsalı 48 dəfə, ixracı isə 4,4 dəfə artıb – QRAFİK
- 22.09.2026 [17:57]
® “Samsung Micro RGB”: yeni nəsil arxa işıqlandırma texnologiyası nə verir?
- 22.09.2026 [16:26]